Dünyaya göz açan körpə həyatın ləzzətini anası vasitəsilə duymağa başlayır. Bundan sonra atasını, qohumlarını və nəhayət, dünyanı tanımağa başlayır. Lakin yaddaşdan gəlməyən bu tanıma ətrafı öyrənməkdən irəli gəlir. Sonrakı mərhələdə uşaq ilk müəlliminin – anasının dilindən çıxan sözlərə fikir verir, əvvəlcə tək-tək oxşar səslər çıxarır, sonra bütöv söz və ifadələrə meyil göstərir. Nəticədə, ana dilinə yiyələnərək cəmiyyətə daxil olur. Əlbəttə, bu proses təbii də ana dilinə münasibəti izləyəndə ona qarşı laqeydlik, hətta təcavüz kimi hallarla da rastlaşırıq.
Ana dili dədə-babadan qalma elə bir sərvətdir ki, onu vətən, ata-ana, qardaş-bacı, qohum-əqraba, mənəvi sərvətlərlə müqayisə etmək olar.
Bizim xalq dil və vətənini eyni qavrayışla – ana vətən, ana torpaq, ana dili deyə özünə doğma bilir. Bir sıra xalqlarda, ruslarda ana vətənlə (matt rodina) yanaşı, ata vətən də (otçizna) deyilir. İngilis, alman və fransızlarda da vətəni ata ilə bağlayırlar.
Möhtərəm Prezindentimiz İlham Əliyevin 2011-ci il aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağındakı çıxışında dil məsələsinə toxunması, çox yerinə düşür. Çıxışda İ.Əliyev demişdir:
“Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Dilimizin incəliklərini, onun dəyərini hər zaman qiymətləndirməliyik. Lakin təəssüflər olsun ki, bu norma həmişə qorunmur, hətta əyintilərə də yol verilir.
Azərbaycan dili dünyanın gözəl və zəngin dilləri xüsusi yer tutur. O, türk dillərinin tacı hesab olunur. Musiqili, poetik, estetik bir dil kimi regional təsirli olub, bütün ətraf dövlətlərin dillərinə öz təsirini göstərmişdir. Sözlərimiz erməni, gürcü, digər Qafqaz xalqlarının dillərinə, rus, fars, hətta vaxtilə ərəb dilinə keçmişdir. Deyirlər ki, leksikası çox zəngin olan dillə K.Marksı, Nizamini, M.Füzulini tərcümə etmək olarsa, deməli, o dil qüdrətlidir. Azərbaycan dili bu cəhətdən heç bir çətinlik çəkmir.
Vaxtilə İtaliyada musiqi təhsili almış görkəmli müğənnimiz Bülbül aşıqların 2-ci qurultayında çıxış edərkən bildirmişdir ki, italyan dili vokal-opera sənəti üçün ən gözəl imkanı olan dildir. Qeyd etmək lazımdır ki, bu dildə cəmi 5 sait (a,o,u,e,i) vardır. Azərbaycan dilində isə bundan, demək olar ki, iki dəfə artıq səs olduğundan kombinatorikası da çoxdur. Vokal isə birbaşa saitlərlə bağlıdır. Həm bu, həm də “ə, ö, ü” özəl səslərin incə səslənişi yazılmış musiqi əsərinin gözəl səslənməsinə səbəb olur. Həmin fikri bir sıra musiqi tarixçiləri də qeyd etmiş və Azərbaycan türkcəsinin ən melodik dil olduğunu təsdiqləmişlər. Bu dilə həmişə müraciət edən və onun nə dərəcədə təsirli, rəvan olmasını Xaçatur, Abovyan, Silviya Kaputikyan kimi üzdəniraq qonşularımız da bildirərək demişlər ki, bu dildə danışanda insanın ürəyində söz qalmır, hamısını deyə bilir. Sanki doğma dilində danışırsan. Halbuki bunu mürəkkəb sintaktik quruluşlu, leksik imkanı dar olan erməni dilində etmək olmur.
Doğurdan da, Azərbaycan dili düşüncə məhsulu olan cümlələri ifadə etmək üçün rahat konstruksiyalı dildir. Kökü orta hesabla üç səsdən ibarət olan sözlərimizə şəkilçilər qoşmaqla nə qədər imkanlar əldə edirik.
Təbii və mənəvi sərvəti, yəni vətəni, dövlətçilik tarixi, abidələri, milli adı, şəxs adları, soyadlarının sonluğu, dili yığma, əlifbası, musiqisi, şifahi və yazılı ədəbiyyatı, mətbəxi və s. oğurluq olan ermənilər hər cəhətdən zənginliyimizi görüb, gözlərini bizə dikərək yenə də xalqımızdan nə isə oğurlayıb – mənimsəmək fikrindədirlər. Özlərinə aid olmayandan saxta “erməni məhsulu” yarada-yarada, hətta görkəmli şəxsiyyətlərimizi də erməniləşdirməklə özlərini mədəni, böyük xalq kimi, Lütfi Zadə, Qara Qarayevlər kimi bəşəri şəxsiyyətlər yetirə bilmək onların problemləridir. Vaxtilə Aram Xaçaturyan deyib ki, Azərbaycan musiqisi olmasa idi, erməni musiqisi də olmazdı.
Bəs nə üçün biz öz sərvət və irsimizdən bacarıqla istifadə etməyək?
Bunu düşünərkən böyük ürək ağrısı ilə dilimizi “qurban verənlər” yadıma düşür.
Qabaqlar radio və televiziya, mətbuat millətimizin dil-nitq pasportu (vəsiqəsi) idi.
İstər uşaqlar, istərsə də böyüklər burada dilə xas bütün normalara rast gəlir, daha gözəl danışmağa çalışırdılar. Hazırda isə bəlkə də “kimin tanışı, pulu var” pirinsipi ilə efirə çıxan dəvət olunmuş qonaqdan tutmuş aparıcıya kimi qəribə ifadələr, qəribə səslənişlərə tuş olursan. Bəzən aparıcı unudur ki, vahid ədəbi dilimiz var və hamımız ona riayət etməliyik. Öz “şirin” dialektinin ton və sözlərini efirdə beyinlərə yeridir. Və ya “sözləri bizim, musiqisi özgənin” prinsipi ilə çıxış edən rusdilli azərbaycanlı diktorlarımızı dinləyərkən üzdən Azərbaycan ifadələri ilə rastlaşsan da, tonmelodikasının rus, türk, ingilissayağı olduğunu duyursan. Sanki “Sarı gəlin” mahnısını xarici müğənninin ifasında qolu-qanadı sındırılmış halda eşitməli olursan.
Dilimizə xas etik ifadələrin başqa cür “etiket”lərlə əvəzlənməsi də heyrət doğurur. Belə verlişlərdə aparıcı ilə qonağın səviyyəsi düz gəlmədiyindən aparıcıcnın az qala ələsalıcı, səviyyəsiz ifadələri hiddət doğurur. Sanki qonaq təhqir olunmaq üçün dəvət olunub. Nəzərə almaq lazımdır ki, indi kabel televiziyası, krosna xətti ilə ölkələr bütün dünyaya açıqdır. Belə olduğu halda çalışmalıyıq ki, ağzımızdan çıxan söz millətimizə utanc gətirməsin.
Sovet dövründə güclü senzura imkan vermirdi ki, efirdə, mətbuatda, kino dublyajlarında rus sözü işlədəsən. Amma indi – 20 ildən bəri müstəqilliyini qazanmış Azərbaycan efirində nələr eşitmirsən: kəlməbaşı rus, türk, hətta ingilis sözləri. Buna nə demək olar? Beləsi efirdən deyər ki, vaabşe-ta, mənim kimi dilini sevən kakoy-nibud ikinci vətənpərvər adam oçen trudno tapıla. Bir hind filmində birisi deyir “Mənə kastor yağı ver” Azərbaycan dilində bunu gənəgərçək yağı adlanmasından tərcüməçinin xəbəri yoxdur. Çünki yenə də qazanc naminə mütəxəssis deyil, naşı bir adama tərcümə sifariş verilir. Başqa bir hal da heyrətləndirir: eşidirsən ki, dublyaj edən kişidir. Amma o nədənsə qadını səsləndirir. Yəni biz 20-ci əsrin əvvəllərində yaşayırıq ki, qadın rolunda kişilər iştirak etsin?
Dilə qarşı biganəlik birinci növbədə özünə qarşı biganəlikdir. Özünü nə cür göstərəsən, o cür də hörmətlə qarşılanacaqsan. Bəzi küçələri gəzərkən adama elə gəlir ki, Türkiyədə, Avropa və yaxud Amerikadasan. Bəzən ya türk, ya da ingilis dilində afişalar, dükan adlarına rast gəlirsən. Nə üçün belə olmalıdır? Dilimizə laqeydlik danışığımızda da rast gəlinir. Yerli-yersiz eyni sözü çox təkrarlayırıq ki, buna dilçilikdə tüfeyli söz deyilir. Gah rus, gah türk, gah da ingilis sözlərindən ibarət “kokteyl” dillə bir-birimizə müraciət edib, özümüzü çox inkişaf etmiş bilirik. Bəs hanı o gözəl səslənişli dilimiz?
Bir televerilişdə yazıçı Sabir Rüstəmxanlı bildirdi ki, dövlətimizin adı “Azərbaycan” kompüter araşdırmasına görə səslənişinin gözəlliyi cəhətdən dünya ölkələri arasında 1-ci yerə çıxıb.
Milli qürurdan irəli gələn başqa bir fakt da maraqlıdır: yenə də kompüter seçiminə əsasən ağıllı millətlər sırasında azərbaycanlılar yəhudilərdən qabaq, yaponlardan sonra gəlməklə 2-ci yerdədir. Buna səbəb elmdə, xüsusən kompüter texnikasında böyük nailiyyətlərin əldə olunması nəzərə alınır. Dahi azərbaycanlılardan biri kimi Lütfi Zadə “qeyri-səlis məntiq” nəzəriyyəsi ilə dünya sivilizasiyasına nəhəng təkan vermişdir. Qeyd etmək yerinə düşər ki, İnternetdən çatın yaradıcısı da azərbaycanlıdır. Dilimizdə adqoymaya gəldikdə isə son zamanlar qırmızı, sarı və yaşıl semafor sisteminin tərbiqi, soyadlarının milliləşdirilməsi xalqımız üçün çox önəmlidir bəzən adqoyma ifrat səciyyəli olur. Advermə mədəniyyəti az olan ailələrdə uşağa gələcəkdə onu utandıracaq adlar verirlər. Uşaqlara ad qoyan zaman da diqqətli olmalıyıq.
Son olaraq qeyd etmək istərdim ki, ali tribundan Prezidentimizin dediyi kimi , dilimiz ən böyük sərvətimiz kimi qorunmalıdır!

Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının dosenti