Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) təşkilatçılığı ilə keçirilən “Ali qonaqlar, elmi maraqlar” layihəsi çərçivəsində növbəti qonaq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev olub.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonağı tələbələrə təqdim edərək onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tələbələr tərəfindən həyata keçirilən bu layihənin universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini vurğulayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri F.Rzayev tələbələri salamlayaraq onlarla görüşməkdən məmnun olduğunu bildirib. O, TGT və TDK-nın fəaliyyətini yüksək qiymətləndirərək belə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətli olduğunu söyləyib.
“Azərbaycanın inkişaf strategiyasında təhsilin rolu” mövzusunda mühazirə ilə çıxış edən F.Rzayev təhsil strategiyasında nəzərdə tutulan yeniliklər haqqında danışıb. O, tədrisin məktəb və universitet səviyyəsində məhdudlaşdırılmamasının vacibliyini və tələbələrin hər zaman özlərini inkişaf etdirməli olduqlarını qeyd edib. Aparat rəhbəri müasir təhsil sistemində tələbələrə müasir metodologiyaya əsaslanan ekstra kurrikulum fəaliyyəti ilə məşğul olmaqlarını tövsiyə edib. Kitab oxumağın faydalarından danışan F.Rzayev tələbələrdə kitab oxuyan zaman bir çox vərdişlərin inkişaf etdiyini vurğulayıb.
Daha sonra özünün mütaliə etdiyi kitablar haqqında danışan F.Rzayev onlar haqqında tələbələrə ətraflı məlumat verib.
Sonra çıxış edən professor Ə.Abdullayev mühazirənin maraqlı keçdiyini deyib və tələbələrin bu mühazirədən faydalı məlumatlar əldə etdiklərinə əminliyini ifadə edib. “Kitabı yandırmaq cinayətdirsə, onu oxumamaq daha böyük cinayətdir”-deyən Ə.Abdullayev tələbələrə hər zaman mütaliə etmələrini tövsiyə edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

ADU-nun Mətbuat Xidməti