Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində Azərbaycan Nevroloqlar Assosiasiyasının və Azərbaycan Epilepsiya üzrə Mübarizə Liqasının prezidenti professor Şərif Mahalovun rəhbərliyi altında fəaliyyət göstərən epileptoloji mərkəz uzun illərdir ki, epilepsiyanın diaqnostikası, müalicəsi və bir çox aktual probləri ilə məşğuldur.
Bütün dünyada epilepsiyalı xəstələrin sayının artmasını nəzərə alaraq Azərbaycanda epileptoloji xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə professor Ş. Mahalovun təşəbbüsü və rəhbərliyi ilə 5-6 iyul tarixində “ Azərbaycan Epilepsiya ilə Mübarizə Liqasının II Regional Elmi-praktik konfransı “ bu dəfə Quba şəhərində baş tutub.
Konfransı giriş sözü ilə açan professor Ş.Mahalov “Azərbaycanın Şimal-şərq regionunda epileptoloji xidmətin təşkili” adında məruzə ilə çıxış edib.
Tədbirdə Nevrologiya kafedrasının digər əməkdaşları – dosentlər R.Rzayev, T. Nəbiyev, N.Axundova, A. Musayeva, assistent N. Əmənullayev, K.Salayev və R. Səmədova epilepsiyanın yaranma səbəbləri, formaları, klinikası, diaqnostikası və müalicəsində ən müasir yanaşmalarla bağlı məlumatlar veriblər.
Epilepsiyada real tutmaların videoları göstərilib və xəstələrin kliniki təhlili aparılıb.
Konfransda Quba, Qusar, Siyəzən, Xaçmaz və Şabran rayonlarından 50 nəfərdən çox epilepsiya ilə rastlaşan həkimlər iştirak edib.
Tədbir regionun həkimləri tərəfindən böyük maraqla qarşılanıb.
Məlumat üçün qeyd edək ki, I Regional Elmi-praktik konfransı bu ilin aprel ayında Gəncə şəhərində baş tutub və il ərzində Azərbaycanın digər regionlarında da keçirilməsi planlaşdırılır.

ATU-nun Mətbuat Xidməti