Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin tərcüməsi kafedrasının dosenti, şair, tərcüməçi Sabir Mustafanın “Türk sonetləri” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, İngilis dilinin fonetikası kafedrasının müdiri Fərman Zeynallı, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov şairin yaradıcılığı barədə geniş məlumat verib, onun Azərbaycan dilinin zərifliyindən və zənginliyindən istifadə etdiyini nəzərə çatdırıblar. Natiqlər şairin heç kimi təkrar etmədiyini, tərcümələrində kifayət qədər öz sözünü dediyini vurğulayıblar. Onlar türklərin tarixi, keçmişi, keçdiyi ömür yolundan bəhs edən bu kitabın hər sonetdə türklərin əzəmətini, qüdrətini, mənəvi dünyasını əks etdirdiyindən söz açıblar.
Sonda çıxış edən şair S.Mustafa təqdimatı təşkil etdiklərinə görə universitetin rəhbərliyinə dərin təşəkkürünü çatdırıb. S.Mustafa müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib. Ana dilinin önə çıxmasının vacibliyini vurğulayan şair obrazlılığı ilə, fikir aydınlığı ilə öz dilimizdə yazılan şeirlərin daha səlist olduğunu qeyd edib.
Qeyd edək ki, S.Mustafa ilk növbədə ingilis şairi və dramaturqu Uilyam Şekspirin sonetlərinin, məşhur faciələrinin orjinalından dilimizə tərcüməçisi kimi tanınır. Əsərləri ilə oxucuların rəğbətini qazanan şairin yaradıcılığında “Türk sonetləri” əsas yer tutur. Şair bu kitabda oxucularına 263 sonet təqdim edir.
S.Mustafanın bu şeirlər kitabına türk dünyasının böyüklüyü, əzəməti və ölməzliyi barədə, həmçinin həyat, zaman, məhəbbət haqqında yazdığı sonetler daxil edilib.

ADU-nun Mətbuat Xidməti