Anqolada “ADNSU-nun Məzunları və Dostları Assosiasiyası” rəsmi qeydiyyata alınıb

Anqolada “ADNSU-nun Məzunları və Dostları  Assosiasiyası” rəsmi qeydiyyata alınıb Anqola Respublikasının Ədliyyə və İnsan Haqları Nazirliyi “ADNSU Məzunları və Dostlarının Assosiasiyası”nın (“Associaçao Dos Antigos Estudantes E Amigos Do İnstituto Superior De Petroleo E Quimica Do Azerbaijao - AZİ NEFT-KHİMİA”) Nizamnaməsini təsdiqləyib.
Bu, ADNSU-nun xarici ölkələrdə yaradılan və məzunlarını birləşdirən ilk assosiasiyadır. “AAEAISPQA – AZI NEFT-KHIMIA” Anqola Respublikasında yaradılmış və xarici ölkə məzunlarını birləşdirən ilk və yeganə belə qurumdur. Assosiasiyanın məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanda və Anqolada müxtəlif istiqamətlər üzrə, o cümlədən anqolalı tələbələrin ADNSU-da ali təhsil almaları üçün birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Assosiasiyanın rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

ADNSU-nun Mətbuat xidməti



Oxşar xəbərlər