Türkiyə səfiri: İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir

Türkiyə səfiri: İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır. Ölkənin turizm potensialının inkişafına toxunan diplomat bildirib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinə sübutudur. Bu baxımdan, diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir:
“Qısa müddət ərzində artıq ikinci Şopunq Festivalın keçirilməsi, ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir”, deyən səfir qeyd edib ki, Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək: “Əminəm ki, bu istiqamətdə yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın açılışını edəcəyi Bakı-Tiflis – Qars dəmiryolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər