Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Mərkəzi Bankın departament rəhbəri Şaiq Adıgözəlov, Tədqiqatlar və İnkişaf Mərkəzinin rəhbəri Anar Vahabzadə və Maliyyə Bazarlarına Nəzarət Palatasının aparıcı mütəxəssisi Sədrəddin Cavadzadə ilə görüşüb.
Tələbələr üçün təlimlərin təşkil olunmasına görə Mərkəzi Bankın nümayəndələrinə təşəkkürünü bildirən rektor bu təlimlərin onlara karyera imkanlarını artırmaqda böyük dəstək olduğunu vurğulayıb. O, belə təlimlərin, istehsalatdan gələn mütəxəssislərin fikirlərinin tələbələr üçün daha real və əhəmiyyətli olduğunu bildirib. Rektor bu əlaqələrin davamlı və daha geniş istiqamətdə inkişaf etdirilməsini arzulayıb.
Şaiq Adıgözəlov bildirib ki, təmsil etdiyi qurumun rəhbərliyi AzMİU-nun xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının rəhbərliyinin təşəbbüsü ilə baş tutan təlimlərə böyük önəm verir və bu təlimlərin davamlı olmasını istəyir. Çıxışında o, təlimlər zamanı AzMİU tələbələrinin fəallığından, hazırlığından və intellektindən razılıq edib. Ali təhsil müəssisələri arasında AzMİU-nun təşəbbüskarlığının bank rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyən Ş.Adıgözəlov ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, tələbələrin Mərkəzi Bankın elektron təhsil portalında, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, müəllimlərin kvalifikasiya məsələləri, universitetdə əmək bazarı yarmarkasının təşkili və s. məsələlərlə bağlı maraqlı təkliflər səsləndirib. Eyni zamanda, bank təmsilçisi Strateji Yol Xəritəsinin hazırlanması istiqamətində də əməkdaşlıq təklif edib.
AzMİU-nun xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov, universitetin tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov təkliflərlə çıxış ediblər.
Səsləndirilən təklifləri dəstəklədiyini deyən rektor göstərilən diqqətə və verilən dəyərə görə Mərkəzi Bankın sədri Elman Rüstəmova, qonaqlara təşəkkürünü bildirib, təlimçilərin tələbələrdən razılıq etməsini müsbət hal kimi qiymətləndirib, təlimlərə görə qonaqlara təşəkkürnamə təqdim edib, onlara işlərində uğurlar diləyib.
Qarşılıqlı müzakirələrdən sonra yaxın günlərdə AzMİU ilə Mərkəzi Bank arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb. Bankın təmsilçisi Ş.Adıgözəlov memorandumda bütün təklif olunan məsələlərin öz əksini tapacağını vurğulayıb.

AzMİU-nun Mətbuat xidməti