Kompüter və sosial şəbəkələrin həyatımızın mərkəzində olması müxtəlif məqsədli oyunların və oyunçuların artmasına gətirib çıxardı. Artıq uşaqlar məhəllələrdə toplaşaraq oynadığımız gizlənqaç, yeddi şüşə kimi ənənəvi oyunları virtual dünyalarındakı kompüter oyunları ilə əvəzləyib.
Uşaqları, yeniyetmələri və ümumilikdə, gəncləri hədəf seçən oyunların ən dəhşətlilərindən biri son dövlər məşhurlaşan "Mavi balina" ("Синий кит" / "Blue Whale Challenge") oyunu. Əslində, hər şey çox sadə və maraqlı səslənir. Amma vəziyyət heç də düşündüyümüz qədər sadə və maraqlı deyil.
Oyunu rusiyalı proqramçı Filip Budeykin və qrupu hazırlayıb. Rusiyanın "vkontakte" sosial sosial şəbəkəsindən oyuna qoşulmaq istəyənlərə WhatsApp vasitəsilə xüsusi link göndərilir. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlar soruşulur. Oyun, ümumilikdə, 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli və qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır.
Bütün bu tapşırıqları "uğurla" yerinə yetirən oyunçular 50-ci günün sonunda "balina" olmağa haqq qazanır. Elə "oyunun" da kulminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir.
İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlara zərər gəlməsini istəməyən şəxs də məcbur qalıb inithara cəhd edir.
Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə mütləq tədbir görməlidirlər. Rusiya, Türkiyə kimi qonşu və eləcə də, dünyanın müxtəlif ölkələrində, ümumilikdə, 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. 2015-ci ildən başlayaraq, 2016-cı ilin aprel ayına qədər 130 nəfərinin sonu təəssüflər olsun ki, ölümlə nəticələnib. Digərləri isə ağır yaralı halda sağ qalıb.
Bir neçə gündür, Bakıda da bu "oyunun" istifadəçisi olan məktəblilərin olduğu iddia edilir. Paytaxtda intihar edən 2 məktəblinin də məhz bu oyun nəticəsində həyatına son verdiyi deyilir. Bu məqamda həm məktəblilərin özləri, həm müəllimlər, mətkəb psixoloqları və rəhbərlik, həm də valideynlər uşaqlara, yeniyetmələrə sahib çıxmalıdır.
İlk dəfə 2015-ci ildə oyun nəticəsində intihar hadisəsi baş verib. Oyunun qurucusu Rusiyada universitetdən qovulan psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykin saxlanılan zaman polisə verdiyi açıqlamada oyunun məqsədi barədə belə deyib:
"Mən cəmiyyəti bioloji zibillərdən təmizləmək üçün bu oyunu qurmuşam".
Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onların adı qulağa xoş gələn, lakin mahiyyətcə dəhşətli nəticələrə gətirib çıxaran və kimiləri üçün sadəcə oyun, kimiləri üçünsə ölümə aparan yol olan bu prosesə diqqət etməlidir. Peşəkar psixoloji dəstək almaqdan çəkinməməli, övladlarını hansı yaşda olursa, olsun daimi nəzarətdə saxlamalıdırlar. Əks halda onlara nəzarəti siz yox, "bioloji zibil" olaraq görənlər edəcək.
Tehsil-press.az