UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” adlı kitabın təqdimatı olub.
Kitab UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) əməkdaşları tərəfindən tərcümə olunub. Nəşrin elmi redaktorları UNEC-in rektoru, professor Ədalət Muradov və UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənlidir.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan, “Clarivate Analytics”in MDB üzrə elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin, Dünya Bankının nümayəndəsi universitetin professor-müəllim heyəti iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov dünya meyarlarına cavab verə bilən universitetin əsasında elmi tədqiqatların dayandığını bildirib. UNEC-də bu sahədə aparılan yeniliklərdən danışıb. Qeyd edib ki, universitetdə tədqiqatyönümlü Avropa iqtisadiyyatı, İslam iqtisadiyyatı, Digital Marketinq Mərkəzi, İxracatçılara Dəstək Mərkəzləri yaradılıb. Məqsədimiz pedaqoji fəaliyyətlə məşğul olan hər bir alimin rəhbərlik edə biləcəyi tədqiqat sahəsinin olmasıdır. Rektor “DISKURS.AZ” virtual iqtisadi forumu barədə də məlumat verib. Elmi tədqiqatların müzakirəsini təmin edən beynəlxalq TEDx və tələbələri elmi tədqiqata cəlb etmək üçün ölkədə ilk dəfə olaraq UNEC-də keçirilən “Science Slam” konfransından danışıb. UNEC-in əqli mülkiyyəti olan Differensial əməkhaaqqı sistemində tədqiqatlara 40% yer verildiyini diqqətə çatdırıb. Bildirib ki, sistemin tətbiqindən sonra universitet əməkdaşlarının çap etdirdiyi elmi məqalələrin sayı 4.4 dəfə artıb.
Ə.Muradov elmi tədqiqatlarla bağlı kitabların Azərbaycan dilinə tərcümə edilməsinin elmin stumullaşdırılması baxımından əhəmiyyətni qeyd edib. Bildirib ki, “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının çap olunması da bu ambisiyanın göstəricisidir. Əminəm ki, kitabda əks olunan dəyərli ideyalar universitetin kollektivi tərəfindən öyrənilərək, tətbiq ediləcək.
UNEC-də olmaqdan məmnunluğunu bildirən V.Krişnan Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycanı innovasiyalara aparan yolda çox vacib rol oynadığını vurğulayıb. Xanım V.Krişnan rəhbərlik etdiyi təşkilatın fəaliyəti, gördüyü işlər və apardığı tədqiqatlar barədə məlumat verib. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdityini diqqətə çatdırıb. UNEC-i biblioqrafiya sözünün banisi Yucin Qarfildin şərəfinə təsis edilən “Doktor Qartild təqaüd proqramı”nda iştirak etməyə dəvət edib.
O.Utkin UNEC-in etibarlı tərəfdaş kimi “Thomson Reuters”in layihələrində fəal iştirak etdiyini bildirib. Kitabın tərcüməsində və çapında göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, kitab MDB məkanı ölkələrində ilk dəfədir ki, tərcümə olunur.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı barədə məlumat verib. Bildirib ki, kitabda elmmetriya haqqında biliklər sistemləşdirilib. Kitab elmi-tədqiqatlar və texnologiyaların tərəqqisinin qiymətləndirilməsi və monitorinqinin bir sıra müasir metod və vasitələrinin ətraflı icmalıdır. Elmmetriya üzrə vəsait elm və təhsil təşkilatlarının işlərinin elmmetrik təhlili üsullarına artan marağa cavab verir. Kitabda verilən nümunələr elmmetriyanın istifadəsinin tətbiqi aspektləri ilə elm və texnologiyanın ölçülməsi sahəsində nəzəri araşdırmalar arasında əlaqəni göstərir.
UNEC “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabını Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələrinin kitabxanaları və elmi kitabxanalara hədiyyə edəcək.
Çıxışlardan sonra “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı ilə bağlı suallar cavablandırılıb.
Konfrans çərçivəsində həmçinin UNEC-də “Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlimlər keçirilib. Konfransın rəsmi açılış mərasimi iyunun 14-də baş tutacaq.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

UNEC-də “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub

Oxşar xəbərlər