Rektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edib

Rektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edib 2017-ci ilin dekabrın 20-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) təqdimatı olub. “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə dövlət rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər. Tədbirdə Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “AqroMərkəz”in icraçı direktoru Pavel Belorusski, FAO ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış ediblər. Rektor İbrahim Cəfərov çıxışında aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi, həmçinin beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək barədə məlumat verib.

Hikmət Əliyev


Rektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edibRektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edibRektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edibRektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edibRektor İbrahim Cəfərov “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə çıxış edib

Oxşar xəbərlər