“ADA” Universiteti Tələbə Cəmiyyəti Qara Yanvar hadisələrini ədəbi-bədii gecə ilə andı.

“ADA” Universiteti Tələbə Cəmiyyəti Qara Yanvar hadisələrini ədəbi-bədii gecə ilə andı. “ADA” Universitetinin Tələbə Cəmiyyəti ali təhsil ocağında “Qara Yanvar” hadisələrinin 28ci ildönümünə həsr edilmiş ədəbi-bədii gecə təşkil etdi. Universitetin Musiqi Zalında keçirilən gecədə İctimai və Beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev çıxış edərək tarixi hadisələrin siyasi baxımdan təhlilini verdi. O, vurğuladı ki, 20 yanvar hadisələri dünya siyasi elmlər dairələrində Sovet hakimiyyətinin tək Azərbaycanda sonu deyil, ümumiyyətlə sonu kimi dəyərləndirilir. Azərbaycanda o müthiş gecədə dinc əhaliyə qarşı xüsusi qəddarlıq və hədsiz zorakılığın istifadə olunması diktatura rejiminin son günlərindən xəbər verirdi. Azər Babayev gənc nəsli bu faciəvi, lakin şanlı tariximizdən düzgün dərslər çıxarmağa, müstəqilliyimizin qorunub möhkəmlənməsi üçün əllərindən gələni əsrigəməməyə çağırdı.
Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Savalan çıxış etdi. Publisist tələbələrlə Qara Yanvar hadisələri ərəfəsində Bakıda formalaşan mühit, Sovet əsgərlərinin hakimiyyətin ictimaiyyətlə əlaqəsini kəsmək məqsədi ilə o dövrdə yeganə telekanal olan Azərbaycan Televiziyasının enerji blokunu partlatması, hadisələrdən dərhal sonra Azərbaycan SSR-i Ali Sovetində keçirilən gərgin müzakirələr və ölkə ziyalılarının dünya mediası ilə əlaqə yaratmaq cəhdləri, özü də daxil olmaqla Sovet əsgərlərinə hər hansı şəkildə müqavimət göstərməyə çalışanların Moskva tərəfindən cəzalandırılaraq həbsə atılması barədə xatirələri ilə bölüşdü.
ADA Universitetinin tələbələri Ülkər Əkbərova və Çinar Sahlikbəyli gecədə “Çırpınırdı Qara Dəniz”, “Cənab Leytenant” və milli azadlıq və Vətən uğrunda mübarizə mövzusunda yazılan digər musiqi parçalarını ifa etdilər.
Ədəbi-bədii gecə Qara Yanvar şəhildlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə bitdi.

ADA-nın Mətbuat Xidməti


“ADA” Universiteti Tələbə Cəmiyyəti Qara Yanvar hadisələrini ədəbi-bədii gecə ilə andı.  “ADA” Universiteti Tələbə Cəmiyyəti Qara Yanvar hadisələrini ədəbi-bədii gecə ilə andı.  “ADA” Universiteti Tələbə Cəmiyyəti Qara Yanvar hadisələrini ədəbi-bədii gecə ilə andı.

Oxşar xəbərlər