“Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib

“Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib Azərbaycan Tibb Unievrsietetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən keçirilən silsilə metodik konfranslar davam edir. “Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti belə konfrans bu gün baş tutub.
Kafedranın müdiri, əczaçılıq elmləri doktoru, prof. Tahir Süleymanovun sözlərinə görə, bu, artıq sayca 10-cu belə seminardır. Və seminarın mövzusu təsadüfi seçilməyib: “Məlum olduğu kimi, müasir əczaçılıq analizini spektrometrik üsullar olmadan təsəvvür etmək mümkün deyil. Son 10 il ərzində bütövlükdə əczaçılıq analizinə həsr olunmuş elmi-tədqiqat işlərinin yalnız 10 faizə qədəri, bəzi ədəbiyyatlarda 7 faizə qədəri kimyəvi üsullarla əsaslanır, təxminən 60%i isə spektral üsullarla, o cümlədən yüksək effektivli maye xromatoqrafiyası, qaz xromatoqrafiyası ilə mass-spektroskopiyanın birgə istifadəsinə əsaslanır.
T.Süleymanovun sözlərinə görə, seminarlar zamanı mövzuların seçilməsinin məqsədi müəllimlərin ixtisas səviyyəsini artırmaq, peşəkar kadrların gənc müəllimlər üçün təcrübə ilə bağlı paylaşımlarını həyata keçirməkdir.
Professor Tahir Süleymanov çıxışı zamanı xatırlatdı ki, Əczaçılıq kimyası kafedrası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə 2015-2017-ci illərdə Qrant layihəsi icra edib. Nəticədə ATU-nun rektoru, professor G.Gəraybəylinin 24 may 2017-ci il tarixli əmri ilə kafedrada Respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin yaradılması üçün müasir Elmi tədqiqat, tədris əczaçılıq laboratoriyası yaradılıb. Bu laboratoriya 3 hissədən ibarətdir: fitokimya, əczaçılıq texnologiyası və standartlaşdırma bölməsi. Laboratoriyada dərman vasitələrinin standartlaşdırılması məqsədilə ən müasir avadanlıqlar, o cümlədən infraqırmızı spektro metr, qaz xromatoqrafı və s.quraşdırılıb və istifadə olunur. Yeni laboratoriyada tələbələrin yeni metodika üzrə dərs keçməsi üçün hər cür şərait yaradılıb.
Laboratoriyaın standartlaşdırma bölməsində dərman preparatlarının standartlaşdırılması proseslərinin həyata keçirilməsi üçün müvafiq tədqiqat işlərinin aparılması nəzərdə tutulub.
Daha sonra Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İsgəndərovun “spektrofotometriyanın növləri” mövzusunda məruzəsi dinlənildi. Məruzə ətrafında müzakirələrdə kafedranın müəllimləri ilə yanaşı II kurs magistrantları və digər ixtisas kafedralarının əməkdaşları da fəal iştirak etdiblər.

Hikmət Əliyev


“Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib“Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib“Əczaçılıq analizində spektrofotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib

Oxşar xəbərlər