Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar.
“Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu layihə çərçivəsində ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 5 tələbəsi Yunanıstana göndəriləcək.
BANM-in rektoru Elmar Qasımov tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə tələbələrin valideynləri və yaxınları da iştirak ediblər. Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərəcək.
Görüşdə valideynlər övladları üçün göstərdiyi diqqət və qayğıya, onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quliyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətlərinə, BANM-in "Əşyaların interneti" laboratoriyasında gördüyü işlərə, akademik göstəricilərinə görə seçiliblər və buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə - üçüncü kursda təhsil alan Nicat Həsənov isə bir semestrlik BANM-də keçəcəyi fənlərinin eynisini PUAS-da keçəcək.

Kəmalə Rəhimli