Tələbələr Azərbaycanı Belarusda təmsil edirlər

Tələbələr Azərbaycanı Belarusda təmsil edirlər Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alan bir qrup tələbə Belarusa ezam olunub.
BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidovanın rəhbərliyi ilə nümayəndə heyəti 23-26 yanvar tarixləri arasında Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan “Ulduz yürüşü” layihəsinə qatılıb.
Layihənin açılış mərasimində Azərbaycan mədəniyyətini layiqincə təmsil edən tələbələrimiz hazırladıqları milli rəqslərlə əcnəbilərin böyük rəğbətini qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər