Azərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidir

Azərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidir Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) millətimizin qürur mənbəyi olduğunu bildirib. Ölkəmizin dünyada tanınmasında o dövrün milli ruhlu ziyalılar nəslinin böyük rolunun olduğunu söyləyən Ə.Əliyev onların gördükləri işlər haqqında geniş məlumat verib.
Universitetin kitabxana şöbəsinin bölmə müdiri Güllüzar Məmmədova tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, çalışdığı sahədən, ixtisasdan asılı olmayaraq hər kəs Azərbaycan tarixini mükəmməl bilməlidir.
Qafqazşünaslıq kafedrasının müəllimi Namiq Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib.
AXC-nin yaranma tarixi və fəaliyyətindən danışan N.Kərimov o dövrdə bir sıra görkəmli şəxsiyyətlərin iştirakı ilə maarifçilik ideyalarının yayılması, Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər, milli məfkurənin təşəkkülü və inkişafı haqqında məlumat verib.
Daha sonra təhsil fakültəsinin tələbələri İlahə Balakişiyevanın “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” və Elşən Qəhrəmanovun “AXC dövründə təhsil və maarifçilik” mövzularında məruzələri dinlənilib.
“Dəyirmi masa”da tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidirAzərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidirAzərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidirAzərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidirAzərbaycan Xalq Cümhuriyyəti millətimizin qürur mənbəyidir

Oxşar xəbərlər