“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi

“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında “Sevimli Həkimlər” (Dream Doctors) treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Mərasimi ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, layihənin Bakıda uğurla başa çatması münasibətilə hər kəsi təbrik etdi. İki həftə boyunca layihədə iştirak edən heyətə təşəkkürünü bildirdi: “Layihənin gözlədiyimizdən də, müvəffəqqiyyətlə yekunlaşmasını məhz siz təmin etmisiniz. Amma təəssüf ki, pasiyentlərimiz arasında uşaqların sayı da az deyil. Bu uşaqlar müxtəlif diaqnozlarla ölkə xəstəxanalarında müalicə alırlar”.
Rektor G. Gəraybəylinin sözlərinə görə, bir çox ölkələrdə xəstə uşaqların müalicəsində incəsənət terapiyasının (art teraoiyasının) müxtəlif növləri artıq geniş istifadə olunmaqdadır: “Bu art-terapiyanın növlərindən biri və ən müasiri klaunadanın işirakından istifadə etməkdir. Bir çox xəstə uşaqların müalicəsində tibbi klounların istifadəsinin pioneri İsrailin Dream Doctor Qeyri Hökumət Təşkilatı hesab olunur. Bunlar aktiv fəaliyyətləri ilə həm öz, həm də digər ölkələrdə böyük nüfuz qazanıblar”.
ATU rektoru “Sevimli Həkimlər” layihəsinə 2002-ci ildə İsraildə start verildiyi dedi. Layihənin məqsədi uşaq və böyüklərə hər yerdə və hər zaman kömək etməkdir. “Sevimli Həkimlər”in iştirakı ilə həm pasiyentə, həm də ailə üzvlərinə dəstək verilir, stresləri azaldılır və müalicə prosesi asanlaşdırılır. İsraildə münaqişələr zamanı “Sevimli Həkimlər” sığınacaqlarda uşaqlara və onların ailələrinə stress vəziyyətinə tab gətirməkdə yardım ediblər. “Sevimli Həkimlər” dünyanın müxtəlif ölkələrində təlim proqramları, konfranslar və humanitar missiyalar təşkil edirlər. Layihə İsrailin 29 xəstəxanasını əhatə edib: “Hazırda 200 minə yaxın xəstə uşağın müalicəsində bu üsul kömək edir. ATU olaraq biz də uşaqların müalicəsində dünyada istifadə olunan müasir metodları Azərbaycana gətirmək, yeni üsullardan istifadə etmək fikrindəyik. Layihə martın 5-dən 16-dək Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsü, İsrailin Azərbaycandakı Səfirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə həyata keçirilib”.
Layihə çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 30 tələbəsi 5 günlük təlimlərdə iştirak ediblər. Daha sonra Talassemiya Mərkəzi, Onkologiya Mərkəzi və Bakının digər tibb mərkəzlərində təcrübədən keçiblər.
Rektor Gəray Garaybəylinun sözlərinə görə, təlimləri “Dream Doctors” təşkilatının üzvləri, peşəkar tibbi klounlar Penny Hanuka və Vitaly Azarin keçiblər: “Tələbələr tibbi kloun üzrə təlimdə iştirak ediblər, daha sonra bizim klinikalarda, xəstələr üzərində bu işlərin praktik hissəsini həyata keçiriblər”.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxışında, layihəyə böyük həvəslə qatıldıqlarını dedi: “Layihədə iştirakla bağlı təklifi məmnuniyyətlə qəbul etdik. Bizə maraqlıydı ki, incəsənətlə tibbin birləşməsindən nə alınacaq?! Çox qədim dövrlərdən gələn həqiqəti yenidən kəşf etdim. İncəsənətin doğurdan da çox böyük qüvvəsi var. Yalnız dərmanlarla deyil, sənətlə də insanların ağrılarını unutdurmaq olar. Xəstə insanlara kiçik ümid vermək, onları həyata bağlamaq olar. Çox şadam ki, bu işdə bizim tələbələr iştirak ediblər”.
Daha sonra İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav çıxış edərək, layihədə iştirak edən hər kəsə təşəkkür etdi: “Bu, Azərbaycanda həyata keçirdiyimiz ilk layihədir. Vacib sənət növü hesab edilir. Çünki siz qarşınızdakı xəstə insanları sevindirirsiniz. Mənim daha çox həkim-klounlar diqqətimi çəkdi. Onlar sirkdə işləmirlər, canlı insanlarla çalışırlar. Bu, böyük zəhmət tələb edən ciddi bir işdir”.
Tədbirdə peşəkar tibbi klounlar Penny Hanuka və Vitaly Azarin çıxış edərək, iki həftə ərzində həyata keçirilən proqramla bağlı təəssüratlarını bölüşdülər.
Tədbirin sonunda tələbələr sertifikart və hədiyyələrlə mükafatlandırıldılar. İsrailin Azərbaycandakı Səfirliyi tərəfindən hər iki universitet rektoruna da hədiyyə verildi.

ATU-nun Mətbuat Xidməti



“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
“Sevimli Həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi

Oxşar xəbərlər