Polşa Rusiyaya qarşı yumşaldı

Polşa Rusiyaya qarşı yumşaldı "Skripalın işi" ilə bağlı qalmaqal fonunda Polşa sözügedən məsələyə qarşı mövqeyində dəyişiklik edib.
Avropa Parlamentinin Polşadan olan deputatı Yanuş Korvin-Mikke deyib ki, Rusiyanın bu işdə əli olduğunu araşdırmaq mənasız bir məşğuliyyətdir.
Bundan əvvəl, Almaniyanın Şimali Reyn - Vestfaliya federal torpağının Baş naziri və kansler Angela Merkelin yaxın müttəfiqi Armin Laşet "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid edib. Laşet deyib ki, Böyük Britaniya rus diplomatlarının çıxarılması ilə bağlı digər ölkələrə çağırış etməmişdən əvvəl "Skripalın işi" ilə bağlı yetərli sübutlar toplamalı idi.
Qeyd edək ki, bu gün Haaqada "Skripalın işi" üzrə məhkəmə iclası keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər