Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir təşkil edilib.
Tədbirdə ölkəmizin bir sıra irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bütün bunların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətlərinin nəticəsi olduğunu deyib.
“Expo layihəsi, səhiyyənin gələcəyi” mövzusunda çıxış edən Gənclər və İdman Nazirliyinin beynəlxalq standartların tətbiqi bölməsinin müdiri Məryəm Cəfərzadə “Expo 2025”in beynəlxalq əhəmiyyətindən danışıb. “M.Cəfərzadə “Expo 2025”in həm də beynəlxalq dəstək və imkanlar verən bir layihə olduğunu diqqətə çatdıraraq hazırda Azərbaycanın Rusiya və Yaponiya ilə ev sahibliyi uğrunda rəqabət apardığını deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva “Məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edib. O, Beynəlxalq Əmək Təşkilatına üzv ölkələrdə milli dialoqların əsas müzakirə mövzuları və dünya əmək bazarında mövcud vəziyyətdən, məşğulluğun perspektivli sahələrindən danışıb, həmçinin demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib.
“Təhsilin gələcəyi” mövzusunda çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” devizi ilə Azərbaycanın ev sahibliyini irəli sürməsini ölkəmizdə insan kapitalına verilən yüksək dəyər kimi qiymətləndirib və 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərdən söz açıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hikmət Əliyev