ADNSU-da Almaniyaya akademik səfər proqramı ilə bağlı məlumat verilib

ADNSU-da Almaniyaya akademik səfər proqramı ilə bağlı məlumat verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyaya qısamüddətli akademik səfər proqramı ilə bağlı “Məlumat günü” təşkil olunub.
Tədbirdə beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə tələbələrə müvafiq proqram haqqında məlumat verib və onun əhəmiyyətindən danışıb.
Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələr üzrə mütəxəssisi Nərmin Həmidli martın 11-dən 25-dək Almaniyaya akademik səfər barədə məlumat verib. Tələbələrin Almaniyanın dörd universitetində olduqlarını deyən N.Həmidli onların müəyyənləşdirilmiş proqrama əsasən ali məktəblərin kitabxana, laboratoriya, tədqiqat müəssisələri və s. ilə tanış olduqlarını, eyni zamanda, almaniyalı müəllim və tələbələrlə görüşlər keçirildiyini diqqətə çatdırıb.
Sonra tələbələrin səfər proqramı ilə bağlı hazırladıqları təqdimat nümayiş etdirilib.
Almaniyada akademik səfərdə olan tələbələrə sertifikatlar verilib.

Kəmalə Rəhimli


ADNSU-da Almaniyaya akademik səfər proqramı ilə bağlı məlumat verilib

ADNSU-da Almaniyaya akademik səfər proqramı ilə bağlı məlumat verilib

Oxşar xəbərlər