Almaniyalı mütəxəssis xanım Gudrun Zoll “Az-BALİBR” layihəsi çərçivəsində üç həftə ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasının modernləşdirilməsi, online sistemin yaradılması işində iştirak etmək üçün ölkəmizə gəlib.
G.Zoll kitabxananın fəaliyyəti, buradakı kolleksiyalar, elektron kataloqların işlənməsi, yeni kitabların, jurnalların təminatı və tələbələrə çatdırılması yolları ilə tanış olub.
Almaniyalı mütəxəssisə kitabxananın çalışdığı İRBİS-64 proqramı haqqında məlumat verilib.
G.Zoll universitetin yeni yaradılacaq kitabxanasının layihələri ilə də tanış olub, yeni kitabxananın quruluşu, strukturu ilə bağlı fikirlərini söyləyib, təklif və tövsiyələrini bildirib.
Qonaq, eyni zamanda, Azərbaycanda digər universitetlərin kitabxanaları ilə, onların çalışdığı proqramlarla maraqlanır və “ADA” Universitetinin kitabxanaları ilə tanış olub.
Qeyd edək ki, almaniyalı mütəxəssisin Azərbaycana səfəri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təklif etdiyi “Senior Experten Service (SES)” xidməti vasitəsilə və ADNSU-nun beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə reallaşdırılıb. SES 1983-cü ildən dünyanın hər yerində müxtəlif sahələrdə çalışan mütəxəssislərə kömək göstərməyə çalışır.
ADNSU-nun Mətbuat Xidmtəti