ADU-da Əlimərdan bəy Topçubaşov anılıb

ADU-da Əlimərdan bəy Topçubaşov anılıb Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, s.e.d, dosent Aida Yusifzadə Ə.Topçubaşov haqqında qısa məlumat verib.
ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Topçubaşov siyasi xadim və diplomat kimi” mövzusunda məruzə ilə çıxış edərək onun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamları haqqında geniş məlumat verib. O, Ə.Topçubaşovun Azərbaycançılıq ideologiyasının formalaşmasında, AXC-nin de-fakto tanınmasında böyük əməyinin olduğunu vurğulayıb. S.Rüstəmova-Tohidi daha sonra tələbə və müəllim heyətinin suallarını cavablandırıb.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Auditoriya+ proqramı çərçivəsində silsilə şəkildə təşkil edilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq tarixi mövzularda tədbirlərin keçirilməsinin vacibliyindən danışıb: “Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təqdim etdiyi mövzu həm tələbələr, həm də mənim tərəfimdən maraqla qarşılandı. Bu cür mövzuların tələbələrdə maraq oyatmasını çox müsbət dəyərləndirirəm. Bu gün burada müzakirə olunan mövzu tarixi və siyasi əhəmiyyət daşıyır. Bir tələbə burada o vaxtkı hökümətin, parlamentin etnik tərkibi haqqında sual verdi. Maraqlı sual idi, diqqətimi çəkdi. Bu sualla bağlı bir vacib məqamı qeyd etmək istəyirəm ki, Azərbaycanda həmişə multikultural mühit olub. Təsadüfi deyil ki, bizim görkəmli ictimai-siyasi xadimlərimizin, yaradıcı insanlarımızın yazılarında həmişə multikultural dəyərlərin qorunmasının vacibliyi haqqında qeydlərə rast gəlirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu ənənəni davam etdirir, multikultural dəyərlərin qorunması istiqamətində çox ciddi addımlar atır. Ötən il də, bildiyiniz kimi, “Multikulturalizm ili” elan edilmişdi. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bu tədbirin Ulu öndər Heydər Əliyev muzey-lektoriyasında keçirilməsi, mənə elə gəlir ki, təsadüfi deyil və xüsusi əhəmiyyəti var. Ulu öndər Cümhuriyyət ideyalarını ən yüksək səviyyədə həyata keçirmiş dahi şəxsiyyətdir”.

ADU-nun Mətbuat xidməti


ADU-da Əlimərdan bəy Topçubaşov anılıbADU-da Əlimərdan bəy Topçubaşov anılıbADU-da Əlimərdan bəy Topçubaşov anılıbADU-da Əlimərdan bəy Topçubaşov anılıbADU-da Əlimərdan bəy Topçubaşov anılıb

Oxşar xəbərlər