Mayın 17-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Magistrantların XVIII Respublika elmi konfransı öz işinə başladı.
Əvvəlcə iştirakçılar Ulu öndərin universitetdəki büstü önünə güllər düzdü, xatirəsini ehtiramla yad etdilər.
Konfransda Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, Azərbaycan Texniki Universitetinin Doktorantura və magistratura şöbəsinin müdiri Elçin Rzayev, Azərbaycan Texniki Universitetinin Elm şöbəsinin müdiri İslam İslamov, Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri Sevinc Abışova, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktoru Qabil Manafov, həmin mərkəzin direktor müavini Əlirza Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magistratura bölməsinin dekanı Əzizağa Qurbanov, Odlar Yurdu Universitetinin Magistratura şöbəsinin müdiri Samirə Vəliyeva və respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarını təmsil edən magistrantlar iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı və Ulu Öndərin xatirəsinə həsr edilmiş bu konfransa artıq on səkkinzinci dəfə ev sahibliyi etdiyini və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs etdi. Bildirdi ki, Ulu öndər istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermiş, onun zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinə xüsusi diqqət yetirmişdir. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bu gün Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Həmçinin elm və təhsilin inkişaf strategiyasının uğurla reallaşmasında Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kifayət qədər böyük əməyi var. Təbii ki, bütün bunlar təhsil sisteminə əvəzsiz töhfələr verməklə yanaşı, elmi-intellektual potensialın yüksəlməsinə, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına müsbət təsir göstərir. Bu da öz növbəsində ölkəmizdə insan kapitalının inkişafına təkan verərək, Azərbaycanın inkişafının daha sürətli, davamlı və dayanıqlı olmasını şərtləndirir. Rektor konfransın əhəmiyyətindən danışaraq bildirdi ki, təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Gənclərin elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən Magistrantların Respublika elmi konfransında iştirak edənlərin sayının ildən - ilə artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Rektor onu da diqqətə çatdırdı ki, 2017-cü ildə XVII Respublika elmi konfransında 16 ali məktəbdən 1323 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa respublikamızın 25 Elm və təhsil müəssisələrindən 1700-ə yaxın məruzə materialları daxil olmuş, məruzə materiallarının ilkin ekspertizasından sonra 1546 tezis konfransın gündəliyinə daxil edilmiş və konfrans materialları toplu şəkildə çap olunmuşdur. Bu ilk növbədə magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən bu konfransı təşkil edən Təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işinin göstəricisidir. Konfransda ən mütəşəkkil iştirak edən universitetlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 527, Azərbaycan Dövlət İqtisad Universiteti- 274, Sumqayıt Dövlət Universiteti- 261, Bakı Slavyan Universiteti- 183, Naxcıvan Dövlət Universiteti – 64, Odlar Yurdu Universieti – 51, Gəncə Dövlət Universiteti- 43 və digər Elm, təhsil müəssisələri fəallıq nümayiş etdirmişlər. Təbii ki, belə konfranslar nəinki magistrantların elmi fəaliyyətini inkişaf etdirir habelə gənc tədqiqatçılar arasında bir körpü rolunu oynayır.
Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, SDU-nun professoru Həsən Sadıqov çıxış edərək konfransın yüksək səviyyədə təşkilindən, gənclərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasından və ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən, ölkədə uğurla həyata keçirilən təhsil islahatlardan bəhs etdilər. Natiqlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini qeyd edərək, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu vurğuladılar.
Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Günəş Abbasova “İntellektual sistemlərin metod və modellərin tədqiqi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nurlan Məlikov “Dinamik obyektlərin MATLAB mühitində modelləşdirmə sisteminin yaradılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Qasım Bəylərov “2,6 dimetilfenolun sintezi”, Bakı Slavyan Universitetinin magistrantı Umuxanım Müseyibova “Dilçilik müasir mərhələdə”, Odlar Yurdu Universitetinin magistrantı Alim Babazadə “İş zamanı yuxulamanın qarşısını alan avtomatlaşdırılmış sistem” mövzularında çıxış edərək təmsil etdikləri ali məktəb və təqdim etdikləri mövzu barədə ətraflı məlumat verdilər.
Doktorantura və magistratura şöbəsinin müdiri Sabir Xəlilov elmi konfransının yekunları barədə məlumat verərək bildirdi ki, konfrans işini 19 bölmə üzrə iki gün davam etdirəcək, yekunda bölmə iclaslarında çıxış edən magistrantlara Sumqayıt Dövlət Universitetinin sertifikatı təqdim ediləcək.

SDU-nun Mətbuat Xidməti