Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Qaradağ rayonu 233 saylı məktəbdə görüş keçirib. Görüşdə məqsəd məktəbdə yeni yaradılan “Kiçik Elmi Akademiya”nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülər Bəbirova yeni yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib və onun idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, “Kiçik Akademiya”nın prezidenti məktəbin fizika müəlliməsi Günay Məmmədovadır.
Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov qeyd edib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı günbəgün artmaqdadır. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. Bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra aidiyyatı qurumlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasıdır. Bu cür akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Q.Dəmirov məktəblə əməkdaşlıqlarının gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.
Tədbirdə GAMŞ-ın üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova da çıxış edib. O, şagirdlərə dəstək olduqlarına görə müəllimlərə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub. Məktəblilər də öz elmi-təcrübələrini Fizika İnstitutu GAMŞ-ın üzvlərinə təqdim ediblər.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri