Bu ilin sentyabrında Moskvada XII beynəlxalq xatirə sikkələrinin müsabiqəsi keçiriləcək. Artıq ikinci ildir ki, beynəlxalq müsabiqənin münsiflər heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev dəvət alır.
Bu il münsiflər heyətinin müzakirəsinə 9 nominasiya üzrə 26 ölkənin milli bank, zərbxana və distribyüter şirkətləri tərəfindən 220 sikkə təqdim edilib. Builki müsabiqəyə 2017-ci il yanvarın 1-dən dekabrın 31-dək zərb edilmiş xatirə sikkələri təqdim olunacaq.
Müsabiqənin münsiflər heyətinə Rusiya, ABŞ, Azərbaycan, Böyük Britaniya, Latviya, Macarıstan, Litva, Kanada, Qırğızıstan, Almaniya, Meksika, Finlandiya, İtaliya, Belarus, Avstriya, Ukraynanın tanınmış muzey və auksion evləri, distribyüter şirkətləri, numizmatlar assosiasiyaları, numizmat alimləri və digər ekspertləri daxil edilib.
Tehsil-press.az