Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, “Müasir inkişaf” və “Gənclərin töhfəsi” ictimai birliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “Vətənim Azərbaycan” mövzusunda qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqə Bakının yüz məktəbindən daxil olan 252 müraciət əsasında keçirilib. “Səndən qeyri biz hamımız ölə billik!” şuarı altında keçirilən müsabiqənin yekununda birinci və ikinci mərhələləri keçərək finala vəsiqə qazanan 16 şagird iştirak edib.
MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü müsabiqənin təşkilinin dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrasından irəli gələn addım olduğunu bildirib.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov tariximizin parlaq səhifələrindən olan AXC-nin 100 illiyinə həsr edilən qiraət müsabiqəni gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və istiqlal tariximizin düzgün mənimsənilməsi baxımından uğurlu addım kimi dəyərləndirib, final mərhələsinin iştirakçılarına uğurlar arzulayıb.
Sonra finalçılar “Vətənim Azərbaycan” mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq paytaxtın 42, 254 nömrəli məktəblərinin və Türk Dünyası Bakı Atatürk litseyinin şagirdləri Rauf Əliyev, Ayşə Əliyeva, Oğuzxan Pənahlı layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr verilib.
Münsiflər heyətinin üzvləri qalibləri təbrik edib, müsabiqənin gələn il də keçirilməsinin vacibliyini vurğulayıblar.
Tehsil-press.az