Bakı Dövlət Dövlət Universitetinin Filologiya fakültəsinin tyutoru Ayşən Sadıqlı 8-14 iyul tarixlərində İstanbul şəhərində yerləşən 5 tanınmış universitetdə keçirilmiş beynəlxalq seminarlarda iştirak edib. EDEX və Business Talk-un təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarların əsas məqsədi özünüinkişaf, Türkiyənin tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.
Ayşən Sadıqlı iyulun 9-da İstanbul Şehir Universitetində Dr. Muzaffer Şenelin moderatorluğu ilə “Öz universitetini yarat” mövzusunda, iyulun 10-da isə Üsküdar Universitetində keçirilən “Neyromarketinq” mövzusunda seminarlarda iştirak edərək sertifikatlarla təltif olunub. Qeyd edək ki, seminar neyromarketinq üzrə mütəxəssis, “Heç kimin bilməyəcəyi şeylər”, “Dəyişən beynim”, “Unudulacaq şeylər” adlı kitabların müəllifi, “Beyin” adlı Elmi Araşdırma mərkəzinin yaradıcısı, prof. Sinan Canan tərəfindən keçirilib.
A.Sadıqlı iyulun 11-də Bahçeşehir Universitetində Dr. Selçuk Tuzcuoğlu tərəfindən keçirilmiş “Marketinq” mövzusunda seminarda iştirak edərək sertifikatla təltif edilib. İştirakçılara bildirilib ki, 19 ildə 106 fərqli ölkədən 26.500 məzun və təhsilini davam etdirən 25400 tələbəsi ilə Bahçeşehir bir dünya universitetidir. 9 fakültə, 54 bölüm, 4 institut və s. malik universitetdə tələləbələrin təcrübə keçməsi üçün bütün şərait yaradılıb.
12 iyul tarixində A.Sadıqlı Kadir Has Universitetində “Türk ali təhsilində yeni trendlər” mövzusunda keçirilən seminarda iştirak edərək müvafiq sertifikata layiq görülüb. Türkiyənin ən böyük inşaat şirkətlərindən olan Cathay Group-un icraçı direktoru Okan Süha Yıldırım tərəfindən aparılan seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. O, həyatda uğur qazanmaq üçün hər kəsdən çox çalışmağın əhəmiyyətliliyini vurğulayaraq belə tövsiyə edib: “İş həyatında 4 şeydən uzaq olmaq lazımdır: şikayət, faydası olmayan tənqid, bəhanə və günahlandırma”.
İyulun 13-də isə seminar iştirakçıları İstanbulun Maltepe Universitetində olublar. Ümumiyyətlə, hər bir ali məktəbdə olarkən universitet şəhərciyi, o cümlədən qız və oğlan tələbələr üçün yaradılmış yataqxanalar, yeməkxana, kitabxana, laboratoriyalar, film çəkilişləri aparılan ərazilər, tələbələrin təcrübə keçməsi üçün yaradılmış şərait iştirakçılara təqdim edilib. Səfər müddətində iştirakçılar İstanbulun məşhur Eminönü, Sultan Ahmet camisi, Yerebatan Sarnıcı, Topkapı, Galata kulesi, Kız kulesi, Gülhane Parkı, Taksim, İstanbul Akvarium, Pierre Loti Tepesi, Büyük Ada və s. kimi görməli məkanları ilə tanış olublar.
Sadıqlı Ayşən Əsəd qızı 2012-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr pilləsini (əyani) fərqlənmə diplomu və Nizami Gəncəvi adına təqaüdlə, 2014-cü ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistratura pilləsini (əyani) fərqlənmə diplomu ilə başa vurmuşdur. Eyni zamanda, 2014-cü ildə tyutor kursunu fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildə “İlin yaradıcı gənci – Elm sahəsində xüsusi fəaliyyətinə görə” nominasiyasında “Yaxşıların yaxşısı – 2013” fəxri fərmanı ilə təltif olunan yeganə qalib olmuşdur. 2012-ci ildə YAP Yasamal rayon təşkilatının təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məqalə müsabiqəsində I yerin, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş 2013-cü ildə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” məqalə müsabiqəsində II yerin, həmin ildə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Azərbaycanımla fəxr edirəm” adlı məqalə müsabiqəsində III yerin qalibi olmuş, diplom və pul mükafatına layiq görülmüşdür.
BDU-nun rəsmi saytında, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının rəsmi saytında da müxtəlif mövzularda yazıları yerləşdirilmişdir.2011-2015-ci illərdə Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, Fakültə Elmi Şurasının üzvü olmuşdur. Yarandığı gündən 2014-cü ilə qədər Universitet xorunun fəal üzvü olmuşdur.A.Ə.Sadıqlı 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər üçün Prezident Mükafatı”na təqdim edilmişdir.
Bununla yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olan Ayşən Sadıqlı “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın-“Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” (2011, 180 s.) və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (2013, 304s.), biri xaricdə olmaqla 15 məqalənin, 17 tezisin, 3 kitabın ön sözünün müəllifidir, 4 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 4-ü beynəlxalq olmaqla 16 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 20 elmi konfransda məruzə ilə çıxış etmişdir
Mətbuat Xidməti