Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur.
Həyat sürətlə ötüb keçir, bir də gözünü açırsan ki, yaşadığın illər arxada qalıb, bir an kimi ötüb keçib. Əsas odur keçdiyin yola nəzər salanda qürurlanmağa, özünə təsəlli verib ruhunu pərvazlandırmağa nələrsə olsun. Bu mənada, haqqında ürək dolusu söz aça biləcəyim Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı, ən əsası isə bütün mükafat və titullardan ucada dayanan keyfiyyətlərə malik ləyaqətli insan, təmannasız qələm ustası Qədir Aslan yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil olub.
Həyatını və yaradıcılığını xalqının səadətinə həsr etmiş, könlü tox, büllur kimi saf qələmindən keçən düşüncələri ilə yolumuza işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadan Qədir Aslanın ömür yolu haqqında böyük bir dastan yazmaq olar.
Onunla ilk tanışlığım 2006-cı ildə Dünya Azərbaycanlılarının Bakı şəhərində keçirilən II Qurultayında oldu. Bir ağ saçlı, üzün- dən nur yağan, gözlərinin dərinliyində bir elin, obanın nisgilini daşıyan doğma bir adamla üzləşmişdim. Sanki, bir-birimizi uzun illərdi tanıyırmış kimi görüşdük. Tanışlığımıza ata övladı- na müraciət edən kimi başladı. “Qadan alım hansı ölkədən gəl- misən?” müraciəti bizi elə ilk cümlədəncə doğmalaşdırmışdı.
Gözlərindən ürəyinin dərinliyi, şirin ləhcəsindən ruhunun saflığı duyulurdu. Vətən deyəndə qəlbindən axıb gələn el-oba nisgilinin ağrılarını gözündə bir damla yaşa çevirib zorla saxlayırdı. Elə onda başa düşdüm ki, tanrı bizi həm də içimizi göynədən Göyçə və Laçın dərdinin közü ətrafında bir araya gətirib. Görüşümüz qısa olsa da, Onun ruhani siması qəlbimə işıq, yaddaşıma Ağ Yolun yolçusu kimi daxil olmuşdu.
İlk görüşümüz həm də, müstəqil Azərbaycanın ən ağrılı dövrünə, yəni, torpaqlarımızın 20 faizdən çoxunun yağı düşmən tapdağı altında inlədiyi, 1 milyondan çox soydaşımızın qaçqın və köçkün kimi yaşadığı bir dövrə təsadüf etmişdi. Bu baxım- dan söhbətimizin əsas məğzi dünya azərbaycanlılarının vahid məfkurə altında birləşərək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdu.
Qədir müəllim təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünyadakı Azərbaycan diaspora hərəkatının ideoloji çalarlarından o qədər dərindən və ürək dolusu danışdı ki, ortaq düşüncələrimiz bir-birinə sarıldı.
“Biz nə qədər bir olsaq, doğma yurd yerlərimizə bir o qədər tez qayıdarıq başına dönüm” – deyib Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti ilə bağlı faktları əlindəki səliqəli kitabçada qeyd etməyə başladı. Qurultay işini davam etdirdiyi üçün telefon nömrələrimizi dəyişib, xoş ovqatla bir-birimizdən ayrıldıq. Qurultayın səhərisi günü Qədir müəllimlə Heydər Əliyev adına Respublika sarayının foyesində bir də üz-üzə gəldik. “Bıy, başına dönüm, buradasan” deyib, qoltuğundakı qovluqdan “Respublika” qəzetinin nüsxələrini çıxarıb mənə təqdim etdi. Qəzetin bir səhifəsi bütünlüklə Moldovadakı diasporumuzun fəaliyyətinə həsr olun- muşdu. Sözün düzü qısa müddətdə belə bir sanballı yazının ərsəyə gəlməsinə və dərc olunmasına inana bilmirdim. Bir səhifə yazını bir nəfəsə oxudum. Sanki soyuq bulaqdan bir parç su işmiş kimi içimə sərinlik gəldi. Başımı qaldırıb minnətdarlıq üçün artıq məndən uzaqlaşmış bu qızıl qələmin sahibini ax- tarmağa başladım. Qədir müəllim yenə də dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspora rəhbərlərini başına toplayıb, eyni şirin danışığı, mehriban və səmimi söhbətləri ilə faktlar toplayırdı. O gündən bizi nə az, nə çox, düz 18 il zaman kəsiyi ayırır. Ötən 18 ildə Qədir müəllim elə bir ay olmazdı ki, Moldovada yaşayan soydaşlarımızın həyat yolundan, milli diasporumuzun həyata keçirtdiyi tədbirlər haqqında rəngarəng yazılar hazırlamasın. Hətta çox vaxt telefonla zəng edib, bizə bəzi tədbirlərin keçirilməsi ilə bağlı təkliflərini də verirdi.
Artıq Qədir müəllimi Moldova Azərbaycanlıları Konqresinin fəxri üzvü kimi qəbul etmişdik. Bir həqiqəti etiraf edim ki, bu illər ərzində çoxsaylı jurnalistlərlə görüşlərimiz olub. Amma Qədir müəllim qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, peşəkar yazıları ilə disporumuzun tədbirlərinə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə o özü oldu.
Qədir müəllimin qələmə alqığı hər bir məqalə bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir. Həm də milli diasporumuzun rəngarəng tədbirləri onun qələmə aldığı çoxsaylı məqalə və oçerklərlə tarixi keçmişimizə şahidlik edir.
Onun bu illər ərzində qələmə aldığı çoxsaylı kitablar Moldovadakı diasporumuzun “Vətən guşəsi”nə çevrilib. Qədir Aslan Azərbay- canın bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımız haqqında ilk kitab yazan yazıçılarımızdandır. O, həm də, qələminin mürəkkəbini şəhid qanı ilə yoğuraraq, Azərbaycanın qəhrəmanlıq səlnaməsini gələcək nəsillərə ərmağan edən fədakar qələm ustasıdır.
Qədir müəllim tək Moldovada yaşayan soydaşlarımız üçün deyil, dünyanın müxtəlif olkələrində fəaliyyət göstərən Azər- baycan diaspora nümayəndələrini də qələmi ilə vətənə bağlayan, onları ölkəmiz naminə daha böyük işlər görməyə həvəs- ləndirən peşəkar jurnalistlərimizdən biridir.
2008-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi də məhz onun səmərəli fəaliyyətinə verilən qiymətin bariz nümunəsidir.
Qədir Aslan mənəvi keyfiyyətləri ilə seçilən, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən, işıqlı qələm ustası olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, övlad- larını alnının təri, qələminin mürəkkəbi ilə yoğrulmuş halal çörəyi ilə böyüdüb. Onun oğlu, tanınmış telejurnalist, uzun illər Azərbaycan Dövlət Televiziyasının “Ukrayna və Şərqi Avro- pa ölkələri üzrə xüsusi müxbiri” vəzifəsində çalışmış Möhsüm Qədiroğlu və qızı Esmira Aslanova da atalarının nəcib missiya- sını uğurla davam etdirirlər. Atadan övladlarına keçən vətən, dövlət, millət sevgisi xaricdə yaşayan soydaşlarımızın yoluna işıq salmaqda davam edir. Ukrayna və Şərqi Avropa ölkələrin- də fəaliyyət göstərən Azərbaycan diasporunun uzun illik fəa- liyyəti Qədir Aslan və onun övladlarının imzası ilə arxivləşib, tarixə köçürülüb.
Hazırda Qədir müəllim ömrünün ən məhsuldar çağına, həyatının 80-ci baharına qədəm qoyur. Qəlbində Vətən, Göyçə nisgilinin ağırlığını daşımağına baxmayaraq, böyük ruhla, məh- suldar enerji və ona şan-şöhrət gətirən 60 illik dostu, qələmi ilə qol-boyun gedir. 18 il bundan öncə “müəllim” deyə tanış olduğum dəyərli qələm sahibinə indi “əmi” deyə xitab edirəm. Ötən illər ərzində elə bir bayram olmayıb ki, bir-birimizə xoş arzularımızı bildirməyək. Amma, 2 il bundan öncə sevincək mənə zəng edib Laçının işğaldan azad olunması muştuluğunu verəndə içimdə bir müqəddəs borc yaranıb ona qarşı o borcu yaxın zamanlarda qaytarmaq üçün, ürəyimdə bir arzu qübar eləyir. “Gözün aydın Qədir əmi, Göyçə mahalı işğaldan azad olunub” demək istəyirəm, inanıram bu sözlərim borc kimi sahibinə qayıtarılacaq hökmən. Aramızda isə bir borc qalacaq, əziz Qədir əmi. Hələ o dağlarda ən azından 20 il də yaşayıb, yaratmaq borcunuz.
Osman Sarıvəllinin bu şeirini həmişə siz bizə misal çəkərdiniz:
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Çox hörmətli Qədir əmi!
Uca Allahdan söz sizin ürəyinizdə, Göyçədən aldığınız enerji biləyinizdə, böyüdüyünüz dağların gücü dizinizdədir. Günahsız insan kimi 100 yaşda da əsasız o dağlarda yaşayıb yaratmağınız isə haqqınızdır.
Sizi tanıyan hər bir şəxsin ümdə arzusudur. Dərin sevgi və ehtiramla.
Tehsil-press.az

Vüqar Novruzov
Hüquq elmləri doktoru, tanınmış iş adamı və ictimai xadim,
Moldova Azərbaycanlıları Konqresinin sabiq sədri