Bakı Dövlət Universiteti (BDU), Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Şura əməkdaşları tərəfindən BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə növbəti seminar keçirilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əvvəl keçirilən görüşlərin tələbələr tərəfindən maraqla qarşılandığını və audiovizual medianın tənzimlənməsi haqqında məlumatlılığının artırılmasında belə görüşlərin vacibliyini qeyd edib.
Audiovizual Şuranın əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev “Lisenziyalar və icazələr haqqında” və “Reklam haqqında” qanunların əsas müddəalarına dair geniş təqdimatla çıxış ediblər.
Görüş zamanı yayımlanması məhdudlaşdırılan informasiyalar, məlumat almaq hüququ, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az