Bilik Fondu Şamaxıda Сümhuriyyət tariximizlə bağlı maarifləndirici tədbirlər təşkil edib

Bilik Fondu Şamaxıda Сümhuriyyət tariximizlə bağlı maarifləndirici tədbirlər təşkil edib Ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirir. Fond tərəfindən milli mənəvi dəyərlərin təbliği, gənclərdə elmi və bədii mütaliəyə marağın artırılması, onlara kitaba sevginin və oxu mədəniyyətinin aşılanması istiqamətində mühazirə və görüşlər təşkil edilir.
Bu silsilədən növbəti mühazirə Şamaxı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Həsənov Bilik Fondu ilə birgə həyata keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən söz açıb.
Sonra Bilik Fondunun informasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət - şanlı tariximiz” mövzusunda mühazirəsi dinlənilib. “Aranfilm”in istehsal etdiyi “Sarmaşıqlı məzarlar” filmi nümayiş etdirilib.
Digər maarifləndirici tədbir isə Şamaxı Mədəniyyət Evində təşkil olunub. Fondun əməkdaşının “Kitabın verdiyi dəyərlər” mövzusunda mühazirəsi yerli gənclər tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər