İQTİSADÇININ ÖMÜR YOLU

İQTİSADÇININ ÖMÜR YOLU Bizim hər birimiz elmi dərəcəmizdən,biliyimizdən,təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər ƏLİYEV


80 illik bir ömür hər bir insan həyatında əlçatmayan bir zirvəyə qalxmaq, həm də ona doğru alnıaçıq,üzüağ , qürurla yol gəlmək hər kəsin işi olmasa da lakin atam bunu bacara bilmişdir.
2018- ci il avqust ayının 19-da görkəmli alim Əli Adışirin oğlu Sadıqovun 80 yaşı tamama olacaq.80 illik yubileyinin işığına onun əzizləri, doğmaları, həmkarları toplaşaraq bənzərsiz alim və fədakar insanın təbrikinə gələcəklər....Yubilyara uzun ömür , can sağlığı diləyərək ona ünvanlanmış ürək sözlərimi mən də bir övlad olaraq qələmə almağı özümə borc bildim.
Çünkü mənim atam böyük şəxsiyyət olaraq iqtisadiyyat elminin inkişafına ömrünün yarıdan çoxunu həsr edən, mənim və bu günki iqtisadçıların formalaşmasında mühüm yer alan bir alimdir.
Sadıqov Əli Adışirin oğlu 1938-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. 1938-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün olunmuşdur və 1946-cı ildə ana vətənə qayıtmışdır. Represiya qurbanıdır.
1957-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1959-63-cü illərdə hərbi xidmətdə olmuşdur. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatının İqtisadiyatı və təşkilio institutunun əyani aspiranturasını bitirərək, 1971-ci ildə dissertasiya müdafiə etmiş və həmin ildə iqtisad elmi dərəcəsi almışdır.
1982-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən "dosent" elmi adına layiq görülmüşdür. 80-ə yaxın elmi əsərin müəllifidir.
1972-ci ildən 2017-ci ilədək, ömrünün 45 ilini Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və Audit" kafedrasında işləyib.
İstedadlı alim və pedoqoq Əli müəllium bizim müasirimizdir. 50-100 il sonra gələn nəsillər və universiteti bitirmiş məzunlar bu alimin böyüklüyünü və insanpərvərliyini bəlkədə bizdən daha yaxşı dərk edəcəklər və onun tələbəsi olmuş bizlərə qibtə edəcəklər. Çünki, Əli müəllim öz xalqı, ailəsi, eli-obası, bir sözlə vətənm övladları üçün elə böyük işlər görür ki, hər kəsdə onun müasiri olmaq arzusu, istəyi, başqa sözlə desək, qibtəsi baş qaldırır.
"Uçot-İqtisad" fakultəsini, "Mühasibat uçotu və audit" ixtisasını bitirən elə bir məzun tapılmaz ki, onu peşəkar mühasib kimi formalaşmasında Əli müəllimin rolu olmasın. Çünki o, elə bir alim və mənəvi ata kimi formalaşmışdır ki, onun elmindən, savadından, intellektual qabiliyyətindən və müəllimliyindən hər bir məzuna pay düşmüşdür. 100 il sonra Azərbaycan Dövlət iqtisad Universitetinin məzunu ola biləcək hər bir şəxs onun kitabları ilə tanış olduqdan sonra da bu sözləri qürurla və fəxrlə deyəcəklər. Onu müəllim və mənəvi ata adlandıranlar yanılmnırlar, o, doğurdanda əsl alimdir. Əli müəllim fikrini heç kimə zorla qəbul etdirmir, hər şeyi məntiqlə sübut edir. Ondan çox şey öyrənmək olar və bu fikri onun tələbələri bir mənalı şəkildə qəbul edir.
Əli müəllimin 6 övladı var, onlardan dördü qız, ikisi oğlandır. 12 nəvəsi vardır. 8-i oğlan 4-ü qızdır. Bir oğlan və 3 qız nəticəsi vardır.
Övladlarının hamısı ali təhsillidir. Hamısı mühasib-iqtisadçıdır. Oğlu Tahir və qızı Şəhla iqtisad elmləri namizədi alimlik dərəcəsi alıblar. Tahir Azərbaycan Dövlət iqtisad Universitetinin "Maliyyə və Maliyyə İnstitutları" kafedrasında, Şəhla isə Kooperasiya universitetinin " Mühasibat uçotu və audit" kafedrasının müdiri vəzifəsində işləyir. ikinci oğlu Cəfər Beynəlxalq Bankın Sabunçu filialında işləyir və həmdə elmi tədqiqat institutunda dissertantdır. Həyat yoldaşı Əskinaz xanım isə 2014-cü ildə mart ayının 31-də dünyasını dəyişmişdir.Anamın yoxluğu atamın həyatında bir boşluğun yaranmasına səbəb oldu.
Əli Sadıqovun uşaqlıq çağları, yeniyetmə dövrü, gəncliyi bir sözlə səksən yaşına qədər ömrünün ayrı-ayrı mərhələləri özü haqda nəsə deyir.Ağrılı anları görəndə kədərlənirsən, sevincli anlar isə adama xoş ovqat gətirir.Ömrünün yarısindan çoxunu müəllimlik peşəsinə sərf edən bir şəxsin , bir ziyalının həyat yolu maraqlı və dolğun bədii əsəri xatirladır. Fikirləşirsən ki, müəllimlik peşəsini dünyanın ən şərəfli peşəsi hesab edənlər necə yanılmayıb:

Daşda naxış açan memara bir bax,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir,
Canlı beyinlərə naxış açırsan.

Bəxtiyar Vahabzadə müəllimi, müəllim peşəsini, ömrünü xalqının maariflənməsinə həsr etmiş insanları belə vəsf etmişdir.
İndi ata, nəvə və nəticə sahibi olan baba Əli müəllim ömrün müdrik çağında keçdiyi həyat yolunun izlərinə bir-bir nəzər salır. Həyatda kimə borcu olub-olmadığı haqda fikirləşir. Elədikləri, eləmədikləri işləri saf çürük edir. Yaşadığı bu ömür ərzində yalnız Allaha bir can borcu olduğunu göz önünə gətirir.

Olan bir canım var o da ki, borcdu,
Allah istəyəndə alacaq məndən
Dünyaya gələndən borc yaşayıram
Borcdan sildirirəm doğulan gündən
Ömrün borc dəftəri vaxtın əlində
Yaşanan hər anı ömürdən silir
Bizim yaşımızı həzm edən zaman
Borcun qurtardığın bəs hardan bilir.

Əli müəllim kimi bir insanın övladı olaraq qürur duyuram və böyük məsuliyyət daşıyıram.O mənim həm müəllimim, dostum və həmkarım olub. Daima çalışıram ki, bu ada layiq olam. Əzizm, başımızın tacı atam həmişə gümrah və sağlam ol.Qalan ömrünü mənalı, övladlarının ,nəvələrinin , nəticələrinin xoş günlərini görərək yaşa.
Atacan, bütün övladların və kafedramızın əməkdaşları səksən illik yubileyini təbrik edir, sənə tanrıdan can sağlığı, uzun ömür, bütün arzularının həyata keçməsini və 100 illik yubileyinin keçilməsini arzu edirik.
Atamın ən yaxın qonşusu və səmi dostu olan jurnalist Ramazan Səməroğlu tərəfindən Əli Sadıqova itaf olunmuş seri sizə təqdim edirəm.

ƏLİ MÜƏLLİM
Ömrün yetmiş ili bir anda uçdu,
Görən hara qondu, ay Əli müəllim.
Bir insan ömrünü vaxtın içində,
İllər necə dandı, ay Əli müəllim
Cavanlıq atını səyirdi, getdi,
İllər ömrümüzü əyirtdi getdi.
Bəlkə həyat bizə xəyanət etdi,
Günahkar zamandı, ay Əli müəllim.
Qarşıda gağlardı zirvəsi qarlı,
Dostdur qaxzancınız çox etibarlı.
Günlər yaşadınız qaralı,ağlı,
Həyat imtahandı, ay Əli müəllim.
Ömrün yollarında eniş,yoxuş var,
Bəzən büdrəyirlər naşı adamlar.
Qəlbində kök atıbbitən arzular,
Ömrünə calandı, ay Əli müəllim
Dağların başında şeh oldu qırov,
Yaş da ömrümüzü götürdü girov,
Bir vaxt ov gəzirdik, indi bizik ov,
Bu da bir dövrandı, ay Əli müəllim.
Müdrik yaşınıza qoydunuz qədəm,
Baxın bu dünyaya uca zirvədən .
Ardınızca gəlib sizə əl edən,
Qonşu Ramazanda , ay Əli müəllim.


Şəhla Cəfərova
Azərbaycan Kooperasiya Universitetinin
“Mühasibat uçotu və audit”
kafedrasının müdiri
iqtisad üzrə fəlsəfə doktoru, dosent


Oxşar xəbərlər