İyunun 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində nəticələrin təhlili üzrə seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Təhsil Nazirliyinin əməkdaşları, Finlandiyadan və Estoniyadan olan ali təhsil ekspertləri iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün universitetin həyatında mühüm bir gündür. Belə ki, “Twinning” layihəsi çərçivəsində ADPU üzrə qiymətləndirmənin yekun nəticələri açıqlanacaq. “Twinning” layihəsi universitetimizin ümumi inkişaf prosesinə böyük təkan verəcək. Rektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin bütün iştirakçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.
“Twinning” layihəsinin rəhbəri Heli Mattisen və layihə rəhbəri Helka Kekalainen çıxış edərək bildiriblər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Twinning” layihəsi Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (AATM) tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Təhsil Nazirliyinə dəstək verən bir layihədir. Layihənin hədəfi AATM-ə inteqrasiyanı gücləndirməklə Azərbaycanın ali təhsil sisteminin inkişafına nail olmaq, məqsədi isə Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin institusional potensialını artırmaqdır. Layihə çərçivəsində ali təhsil sahəsində cari vəziyyət araşdırılıb, ali təhsil müəssisələrindən 550 nəfər müəllim, rəhbər şəxs və eləcə də Təhsil Nazirliyini təmsil edən təhsil mütəxəssisləri seminar və təlimlərə cəlb olunublar. Təlimlər keyfiyyət təminatı sahəsində bilik və bacarıqların artırılması və təlim nəticələrinin qiymətləndirilməsini əhatə edib. 2016-cı ilin iyun ayında Finlandiyanın Helsinki və Estoniyanın Tallin şəhərlərinə edilmiş bir həftəlik səfər azərbaycanlı mütəxəssislər üçün keyfiyyət təminatı sahəsində təşkil olunan təlimlərin bir hissəsi hesab oluna bilər. Layihə çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Layihə çərçivəsində uğurlu nəticələr əldə edilib. Ötən ilin payızında özünüqiymətləndirmənin həyata keçirilməsi məqsədi ilə layihə tərəfindən pilot universitetlər üçün təlimlər təşkil olunub. Bu ilin payızında azərbaycanlı və avropalı mütəxəssislərdən təşkil olunmuş qiymətləndirmə qrupları AzST adlı sənəd layihəsinə əsəaslanaraq sınaq qiymətləndirmələr həyata keçirəcəklər. Pilot universitetlərdə aparılan qiymətləndirmə təcrübəsinə əsaslanaraq fin, eston və azərbaycanlı mütəxəssislər tərəfindən Azərbaycanın Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlarla bağlı yekun tövsiyələr işlənib hazırlanacaq.
Seminarda beynəlxalq qiymətləndirmə qrupunun üzvü Hannu Apajalahti slaydlar vasitəsilə ADPU üzrə qiymətləndirmənin əsas nəticələrinin təqdimatı ilə çıxış edib. Bildirib ki, ADPU-nun Özünüqiymətləndirmə hesabatı tələbkarlıqla, yüksək səviyyədə hazırlanıb, reallığa və mövcud vəziyyətə uyğundur, universitetin hədəfləri və vəzifələri burada öz əksini tapıb. ADPU rəhbərliyinin universitetin inkişaf strategiyası ilə bağlı qətiyyətli mövqeyi var və bu strategiyanı həyata keçirmək üçün ardıcıl və səmərəli fəaliyyət göstərir. Universitetin professor-müəllim heyəti və tələbə kollektivi dəyişikliklərə hazırdır. Xarici ali təhsil ekspertləri ADPU-nun müasir tələblərə uyğun fəaliyyət göstərməsi, idarəetmənin optimallaşdırılması, universitetin inkişaf strategiyasının prioritetlər əsasında hazırlanması, Elmi Şuranın fəaliyyətinin təkmilləşdirilməsi, tədris və elmi-tədqiqat sahələrinin yeni çağırışlara uyğun qurulması, tələbələrin bilik və bacarıqlarının artırılması, gənc mütəxəssislərin işə cəlb edilməsi, insan resurslarının inkişaf etdirilməsi, təhsil proqramlarının dövlət standartlarına uyğun hazırlanması, bu proqramların müntəzəm olaraq yenilənməsi, tələbələrin fikir və təkliflərinin nəzərə alınması, pedaqoji təcrübənin səmərəli təşkili, elektron kitabxanaya çıxış imkanlarının təmin edilməsi, təhsilin beynəlmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici tələbə mübadilə proqramlarında iştirak edilməsi, universitetdə karyerə mərkəzinin yaradılması, məzunlarla işin gücləndirilməsi və digər vacib məqamlarla bağlı öz tövsiyələrini veriblər.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxışında Özünüqiymətləndirmə hesabatının müşahidə, müzakirə və təhlillərə əsasən hazırlandığını bildirib. Dosent S.Əliyev xarici ali təhsil ekspertlərinin rəy və təklifləri nəzərə alınmaqla ADPU-nun müasir səviyyədə fəaliyyət göstərməsi üçün yeni Nizamnaməsinin qəbul ediləcəyini, konkret məqsəd və vəzifələri özündə ehtiva edən yeni inkişaf strategiyasının hazırlanacağını, yeni tədris ili üçün tamamilə yeni strukturun yaradılacağını, çevik və səmərəli idarəetmə mexanizminin qurulacağını, tədris prosesinin təşkilinin təkmilləşdiriləcəyini, Himayədarlar Şurasının formalaşdırılacağını, Tələbələrlə iş şöbəsinin fəaliyyətinin genişləndiriləcəyini, Məzunlarla iş şöbəsinin yaradılacağını, universitetin İKT imkanlarının yaxşılaşdırılacağını, elmi-tədqiqat laboratoriyaların dövlət sifarişli qrantlar əsasında fəaliyyət göstərəcəyini, beynəlxalq əlaqələrin gücləndiriləcəyini, professor-müəllim və tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Seminarda səmərəli müzakirə aparılıb, maraqlı və dəyərli fikirlər səsləndirilib.
Sonda rektor Cəfər Cəfərov vurğulayıb ki, layihə iştirakçılarının rəy və təklifləri nəzərə alınacaq, bu rəy və təkliflər universitetin kollektivi üçün strateji yol xəritəsi rolunu oynayacaq.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi