Nəvə-nəticələrinin əlindən tutub bağçaya və ya məktəbə aparmaq, onlarla əylənmək, park və xiyabanda yaşıdları ilə oturub uzaq illərin arxasında qalan xatirələri yada salmaq, həyat yollarında üzləşdikləri acılı-şirinli hadisələri göz önünə gətirmək onların ən sevimli məşğuliyyətidir. Söhbət ömrün ixtiyar çağlarını yaşayan ahıl və qocalardan gedir…
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquqlarını, ehtiyacları diqqətə çatdırmaqdır.
BMT-nın məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin şəkildə dəyişilib - 1950-ci ildən 2010-cu ilə qədər dünya səviyyəsində ömrün uzunluğu 46 yaşdan 68 yaşa yüksəlib və əsrin axırlarında 81-ə çatacağı proqnozlaşdırılır. Hazırda dünya əhalisinin 700 milyonunu yaşı 60-dan yuxarı olanlar təşkil edir. 2050-ci ildə onların sayı iki milyard nəfərə çatacaq. Bu, dünya əhalisinin 20 faizi deməkdir.
Ötən ilin statistikasına görə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1,2 milyon nəfərdən çoxdur. Onlardan 59,2 faizi yaşa, 11,5 faizi ailə başçısını itirdiyinə, 29,3 faizi isə əlilliyə görə müavinət alır. Son on ildə təqaüdlər üç dəfədən çox artırılıb.
El arasında belə bir söz var: “Qocaya hörmət elə, çünki sən də qocalacaqsan”. Yaşlı və qoca sakinlərə hörmət və ehtiram göstərmək, onların qayğısına qalmaq hər kəsin borcudur. Hamının birgə səyi ilə təkcə insanların uzun ömür sürməsinə deyil, həm də rəngarəng və məmnunluq gətirən həyat yaşamasına çalışmaq lazımdır.
Tehsil-press.az