Dil biliklərinin mənimsənilməsində ümumavropa təcrübəsi araşdırılıb

Dil biliklərinin mənimsənilməsində ümumavropa təcrübəsi araşdırılıb Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda dil biliklərinin mənimsənilməsində Avropa təcrübəsi araşdırılıb.
Bu sahədə Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi üçün tədris planı, dərslik və əlavə dərs vəsaitləri (audio, video, proqram təminatları və s.) hazırlanır, beynəlxalq standartlara əsaslanan yeni qiymətləndirmə meyarları işlənilir. Bu məqsədlə CEFR - Avropa dilləri üçün çərçivə proqramından istifadə olunur. Proqram dil öyrənənlərə həmin dildə ünsiyyət qurmaq və ondan səmərəli istifadə etmək üçün hansı məqamlara diqqət yetirməyin vacib olduğunu öyrədir. CEFR proqramına görə, dil 3 əsas amilə - dil fəaliyyəti, fəaliyyətin baş verdiyi sahələr və bacarıqlara görə formalaşır. Proqram dil fəaliyyətini informasiyanın qəbulu (dinləmə və oxu), istehsalı (danışıq və yazı), qarşılıqlı əlaqə (danışıq və yazı) və vasitəçilik (tərcümə) növlərinə ayırır. CEFR proqramı hər hansı dilin tədrisi üçün dərsliklər və əlavə dərs vəsaitlərini alət və resurslarla təmin edir.

Tehsil-press.az

Oxşar xəbərlər