AMEA-nın Fəlsəfə İnstitutunda tanınmış filosof, politoloq, Rusiya geosiyasi məktəbinin banisi, Rusiya Avrasiyaçılıq hərəkatının lideri, siyasi və sosiologiya elmləri doktoru, professor Aleksandr Duginin Azərbaycan dilinə tərcümə olunmuş “Geosofiyaya giriş: Sivilizasiyalar və onların loqosları” kitabının təqdimatı keçirilib.
Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təqdimatı keçirilən nəşrin Azərbaycan oxucusu üçün kifayət qədər dəyərə malik olduğunu vurğulayıb. Bildirib ki, rusiyalı politoloqun geosiyasət və fəlsəfə ilə bağlı dərin düşüncələrinin qovuşduğu bu əsər müasir sivilizasiyalar nəzəriyyəsinə sanballı töhfədir.
A.Duginin yaradıcılığı barədə məlumat verən institut direktoru onun müasir rus mütəfəkkirləri arasında xüsusi yer tutduğunu, onun əsərlərinin araşdırmaçılar üçün tədqiqat obyekti olduğunu deyib. Qeyd edib ki, “Geosofiyaya giriş: Sivilizasiyalar və onların loqosları” kitabı A.Duginin Azərbaycan dilində nəşr olunan ilk əsəridir.
Sonra çıxış edən A.Dugin kitabın elmi əhəmiyyətindən danışıb. O, nəşrin Azərbaycan dilinə tərcümə olunmasına təşəbbüs göstərənlərə təşəkkürünü bildirib.
Hafiz Babayev tərəfindən tərcümə edilən kitab Azərbaycanda Rus İcmasının dəstəyi ilə çap olunub.
Tədbir çərçivəsində rusiyalı politoloq Mahmud Kaşğari Fondunun medalı ilə təltif edib.
Tehsil-press.az