ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı işini başa çatdırıb

ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı işini başa çatdırıb Oktyabrın 26-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə keçirilən “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı öz işini başa çatdırıb.
Azərbaycan Dillər Unviversitetinin rektoru akademik Kamal Abdulla iki gün ərzində maraqlı konfrans keçdiyini və tətbiqi dilçiliyin lazımi problemlərinin müzakirə olunduğunu söyləyib. Rektor K.Abdulla konfransın ölkə Prezidentinin rəhbərliyi altında Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumun fonunda baş tutmasının sevindirici hal olduğunu qeyd edib: “Forumda iştirak edən xarici qonaqlar Azərbaycanın dünya miqyasında sayılıb-seçilən elm, mədəniyyət, siyasət mərkəzi olduğunu öz gözləri ilə gördülər”. K.Abdulla bir daha konfransın işində iştirak edən xarici və yerli qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor konfransın davamlı olacağına inandığını bildirib: “Elmi, mədəni və mənəvi əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə əminəm. Yeni nəsil dilçilər formalaşdıqca bu kimi konfransların əhəmiyyəti daha çox bilinəcək”. Konfransların materiallarının artıq kitab şəklində çap olunduğunu deyən rektor kitabda məqalələri dərc olunan şəxsləri təbrik edib və bunun onların elmi bioqrafiyasında əhəmiyyətli yer tutacağına inam hissini ifadə edib.
Daha sonra bölmələrin moderatorları bölmə iclasları haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, konfransda Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər universitetlərinin akademik heyəti iştirak edib. 25-26 oktyabr tarixlərini əhatə edən konfransın işində “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılıb. Konfrans çərçivəsində yerli və xarici iştirakçılar İngiltərənin Durham Universitetinin professoru Maykl Bayramın skayp vasitəsilə mühazirəsində, həmçinin Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak ediblər.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı işini başa çatdırıbADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı işini başa çatdırıbADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransı işini başa çatdırıb

Oxşar xəbərlər