Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin və əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin artırılması ilə yanaşı, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasına, elmin müxtəlif sahələrində çalışan tanınmış alim-mütəxəssislərin bilik və təcrübəsinin öyrənilməsinə, onlarla fikir mübadiləsinin aparılmasına böyük önəm verilir. Bu baxımdan, aprelin 23-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İvan Tuçkovun, həmin fakültənin dekan müavini və elmi katibi, tarix elmləri namizədi, dosent Oksana Solopovanın, tarix elmləri namizədi, həmin fakültənin Yaxın xarici ölkələr tarixi kafedrasının dosenti İsmayıl Ağakişiyevin ADPU-ya səfərə gəlməsini xüsusi qeyd edə bilərik. Səfər zamanı qonaqlar əvvəlcə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində, MDU-nun Bakı Filialında görüşlər keçiriblər. Sonra qonaqlar ADPU-ya gələrək universitetin rəhbərliyi və müəllimləri ilə görüşüblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi universitetdə görməsindən mənnunluq duyduğunu bildirib. Qeyd edib ki, M.V. Lomonosov adına MDU dünyanın tanınmış və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Bu gün ADPU ilə MDU-nun Tarix fakültəsi arasında əməkdaşlığın əsası qoyulur. ADPU-nun qarşıdan 100 illik yubileyi gəlir. Universitet böyük və zəngin elm və təhsil ənənələrinə malikdir. ADPU-nun bir neçə müəllimi MDU-nun məzunudur. MDU-nun Tarix fakültəsi ilə əməkdaşlıq haqqında müqaviləni imzalamaqla universitet öz beynəlxalq əlaqələrini daha da genişləndirir. Bu müqavilənin uğurla həyata keçirilməsində Tarix və coğrafiya fakültəsinin üzərinə mühüm məsuliyyət düşür. Rektor çıxışının sonunda əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
MDU-nun Tarix fakültəsinin dekanı, professor İvan Tuçkov çıxış edərək səmimi və mehriban münasibətə görə təşəkkür edib. Bildirib ki, müəllim hazırlığı hər bir ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, ADPU-nun üzərinə böyük məsuliyyət düşür. ADPU-da aparılan islahatlar təhsilin kefiyyətinin yaxşılaşdırılmasına və yüksəkixtisaslı pedaqoji kadr hazırlığına xidmət edir. ADPU ilə əməkdaşlıq haqqında müqavilənin imzalanması mühüm hadisədir. Bu müqavilə qarşılıqlı anlaşmaya, bərabərliyə və hörmətə əsaslanır. Professor İvan Tuçkov əməkdaşlıq müqaviləsinin uğurla həyata keçiriləcəyini qeyd edib.
Daha sonra əməkdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanmış müqavilədə qarşılıqlı maraq kəsb edən birgə elm və təhsil layihələrinin gerçəkləşdirilməsi, dünya əhəmiyyətli problemlərlə bağlı müştərək elmi konfransların, simpoziumların, seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, tələbə və müəllim mübadiləsi, informasiya, elmi nəşrlərin və tədris-metodiki ədəbiyyatın mübadiləsi nəzərdə tutulub.
MDU-nun Tarix fakültəsinin dekan müavini və elmi katibi, dosent Oksana Solopova, həmin fakültənin Yaxın xarici ölkələr tarixi kafedrasının dosenti İsmayıl Ağakişiyev, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, dosenti İradə Qasımova, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağrışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova çıxış edərək imzalanmış müqaviləni yüksək qiymətləndiriblər və hər iki tərəfə uğurlar arzulayıblar.
Görüşdə həm də MDU-nun məzunlarının təşkilati dəstəyi ilə rusiyalı və azərbaycanlı tarixçilərin Assosiasiyasının yaradılması müzakirə edilib və bu qurumun yaradılması məqsədəuyğun sayılıb. Mərasimdə həmçinin orta məktəblərin tarix müəllimləri üçün Rusiya-Azərbaycan münasibətlərinin ümumi tarixinə dair metodik tövsiyələrin layihəsi müzakirə edilib.
Sonda qonaqlara universitetin hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Aprelin 24-də isə professor İvan Tuçkovun ADPU-da “Əbədi şəhərin yolları” mövzusunda mühazirəsi keçirilib.
Qeyd edək ki, səfər zamanı qonaqlar ADA Universitetində, Heydər Əliyev Mərkəzində, Azərbaycan Tarixi Muzeyində, Müasir İncəsənət Muzeyində, Azərbaycan Elmi-tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Muzeyində olublar. Səfər çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerləri ilə tanışlığı da təşkil edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi