Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan “İdarəetmədə multikultural dəyərlər” mövzusunda üçüncü respublika elmi konfransı keçirilib.
Tədbirdə bu universitetin elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ötən əsrin ikinci onilliyində dünya miqyasında cərəyan edən mürəkkəb ictimai-siyasi hadisələrin fonunda yaradıldığını deyib. Diqqətə çatdırılıb ki, yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Həmçinin ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk müasir universiteti təsis olunub. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Cəmi 23 ay mövcudluğuna baxmayaraq, AXC çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olub.
Vurğulanıb ki, ATMU-da AXC-nin 100 illiyinin layiqincə qeyd edilməsi istiqamətində silsilə görüş və yığıncaqlar təşkil olunur. A.Eminov deyib: “Dövlət yalnız ağıllı, bacarıqlı, yüksək səviyyədə elmi biliklərə əsaslanan və idarəetmə qabiliyyətinə malik insanlarının fəaliyyəti nəticəsində inkişaf edə, yüksək nailiyyətlər qazana bilər”.
Sonra AXC-nin100 illiyi münasibətilə keçirilən yazı müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.
ATMU-nun elm və innovasiyalar şöbəsinin müdiri Nəsrullah Nəsirli diqqətə çatdırıb ki, konfransın keçirilməsinin əsas məqsədi idarəetmə metodlarının multikultural dəyərlər səviyyəsində işlənib hazırlanmasına, müxtəlif inanclara malik çoxmillətli ölkə və cəmiyyətlərdə uğurla tətbiq edilməsinə nail olmaqdır. Konfransa ölkəmizin müxtəlif ali məktəblərində çalışan tədqiqatçılar tərəfindən 26 məruzə təqdim olunub.
N.Nəsirli vurğulayıb ki, müasir dövrdə ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluğun aradan qaldırılması, idarəetmə sahəsi üçün kadr hazırlığı strukturunun əmək bazarının tələbatına uyğunlaşdırılması ölkəmizdə ali təhsil sahəsində islahatların əsas istiqamətlərindəndir. Ali məktəblərin bütün sahələrini əhatə edən kadr potensialının müasir tələblər səviyyəsinə qaldırılması üçün işlərin görülməsi, ölkənin ali məktəbləri ilə dünyanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi prioritetlərdəndir. “Fikrimcə, elm və təhsilin inteqrasiyasını təmin etmək üçün ali təhsil müəssisələrinin nəzdində elmi-tədqiqat institutlarının, iri laboratoriyaların, konsaltinq və mühəndislik xidmətləri göstərən bölmələrin yaradılması məqsədəuyğundur”, - deyə N.Nəsirli bildirib.
Diqqətə çatdırılıb ki, ciddi problemlərin aradan qaldırılması məqsədilə qəbul olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyasından, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulmasından, iqtisadiyyatımızın inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsindən ibarətdir. Həmçinin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması da həmin sənəddən irəli gələn vəzifələrdəndir.
Tehsil-press.az