Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 31-də “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin və Dövlət Flim Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Azərbaycan Kinosu Günləri” keçirilir. Məlumat üçün bildirək ki, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.
Dekabrın 3-də “Azərbaycan Kinosu Günləri” çərçivəsində ADPU-da “Batalyon” filmi nümayiş etdirilib. Filmin nümayişindən öncə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, Azərbaycan kinosu böyük və şərəfli inkişaf yolu keçib. Mədəniyyət Nazirliyinin ali təhsil müəssisələrində “Azərbaycan Kinosu Günləri” keçirməsi təqdirəlayiqdir. Belə tədbirlər tələbə-gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə müsbət təsir göstərir.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin məsləhətçisi Elşad Ərşadoğlu çıxışında bildirib ki, “Batalyon” filmini digər filmlərdən fərqləndirən başlıca xüsusiyyət filmin rejissoru Nizami Abbasın Qarabağ uğrunda gedən döyüşlərin canlı şahidi və iştirakçısı olmasıdır. Filmin əsasında real həyat hadisələri, döyüşlərin iştirakçısı olmuş insanlar dayanır. Bu da filmin təsir gücünü daha da artırır.
“Batalyon” filminin rejisssoru Nizami Abbas filmin nümayişinin təşkilinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, film haqqında ətraflı məlumat verib və gəncləri vətənpərvər olmağa səsləyib.
Sonra “Batalyon” filmi nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Azərbaycan Kinosu Günləri”nin keçirilməsində məqsəd gənc nəsli milli kinonun inciləri, maarifləndirici və vətənpərvərlik mövzularında olan sənədli flimlərlə tanış etməkdir. “Azərbaycan Kinosu Günləri” çərçivəsində ADPU-da “Xəlvətdə qalmış müdrik”, “Sirli bənövşə”, “Tarın sədaları”, “Cümhuriyyət tələbələri”, “Parisdən məktublar” flimləri nümayiş etdiriləcək.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi