Dünyanın populyar elmi jurnalları

Dünyanın populyar elmi jurnalları Dünyanın aparıcı elmi jurnallarının fəaliyyətinə nəzər yetirdikdə, diqqətimi ən mühüm məqam kimi bu jurnallarda nəşr olunan elmi məqalələrin aktuallığı cəlb edir. Onlar sanki bir-biriləri ilə sağlam rəqabətə qoşularaq ən yeni texnologiyalar, dünya elmində baş verən yeniliklər, kəşflər, dünyanın aparıcı alimlərinin fundamental elmi əsərlərini dərc etməklə, hər yeni nömrədə oxucunun görüşünə yeni ideyalar, yeni fikirlər, yeni nöqteyi nəzərlərlə gəlirlər. Bu jurnallar yalnız bir çap məhsulu olaraq özlərinin deyil, ümumiyyətlə dünyada elmin inkişafına, elmi əlaqələrin genişlənməsinə, elmi yeniliklərin qlobal miqyasda tanınmasına, elmə marağın yaranmasına müstəsna töhfə verirlər. “Dünyanın təhsil mənzərəsi” adlı kitabımda yer alacaq bu jurnallar haqqında yazım, düşünürəm ki, oxucular üçün maraq doğuracaq. Bu jurnallar üçün keyfiyyət başlıca amildir. Arzu edirəm ki, elmi araşdırmalar aparan gənclərimiz bu jurnallarda dərc olunmağa nail olsunlar. Haqqında bəhs edəcəyim jurnalların əksəriyyəti Beynəlxalq impakt-faktorlara malikdirlər. Bunlara misal olaraq “Глобальный Импакт–фактор (GIF) — 0,45”; “Импакт–фактор (DIIF)— 1,08”; “Импакт–фактор InfoBase Index за 2015 г. — 1,4”; Open Academic Journals In dex (OAJ I) — 0,350”; “Импакт– фактор Journal Citation R eference Report (JCR– Report). — 0,568”; “Universal Impact Factor (UIF) — 0,1502” və s. göstərə bilərəm.
Öncə, dünyanın beş aparıcı jurnalından bəhs edək. Onlardan biri National Geographic jurnalıdır. Bu jurnal dünyanın elmi-kütləvi nəşrləri arasında liderliyi qoruyub saxlamaqdadır. Dünyanın bir çox ölkələrində çap olunan National Geographic 33 dildə oxucularının gəlir. Bu elmi-kütləvi nəşr 1888-ci ildən cap olunmaqdadır. Jurnalda 1905-ci ilə qədər yalnız elmi məqalələr dərc olunub. Bu tarixdən sonra isə onun yaradıcıları fəaliyyət dairələrini genişləndirməyə nail olublar. Şəkillər, illüstrasiyalar jurnalın səhifələrini bəzəməyə başlayıb. National Geographic dünyanın ekoloji, bioloji, tibbi, ümumilikdə elmi mənzərəsini öz səhifələrində əks etdirən ən maraqlı jurnallardan biri kimi dəyərləndirilir. (ardı var)

Böyükağa Mikayıllı


Dünyanın populyar elmi jurnalları

Oxşar xəbərlər