Azərbaycan Universitetində AFFA-nın Könüllülük proqramının təqdimatı keçirilib

Azərbaycan Universitetində  AFFA-nın Könüllülük proqramının təqdimatı keçirilib UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü Azərbaycan Universitetinin tələbə və müəllim heyəti ilə keçirib. 150-yə yaxın tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub, ətraflı məlumat verilib.
Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA özünün könüllülük proqramını da təqdim edib. Tədbirdə iştirak edən tələbələrə 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilində könüllü olmağın tələb və qaydaları haqqında məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlər, təhsil-əyləncə kursları, xüsusi master-klasslar və başqa bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, könüllülük proqramına qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, beynəlxalq dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyənlər www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçənlər 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcəklər.
Müsabiqədən keçən könüllülər üçün təlimlər aprel-may aylarında təşkil olunacaq. Təlimlər ümumi təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol təlimi (vəzifə barədə təlim) və məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olmaqla əsasən 3 fərqli sahəni əhatə edəcək. Könüllü olmaq istəyən tələbələr qeydiyyatla bağlı suallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Könüllülük proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
Təqdimatı AFFA-nın şöbə müdiri, UEFA Avropa Liqası Final 2019-un Könüllü proqramının rəhbəri Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində  AFFA-nın Könüllülük proqramının təqdimatı keçirilib
Azərbaycan Universitetində  AFFA-nın Könüllülük proqramının təqdimatı keçirilibAzərbaycan Universitetində  AFFA-nın Könüllülük proqramının təqdimatı keçirilib

Oxşar xəbərlər