Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, elmi müəssisələrin direktorları və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
İclası F.Qədirov açaraq gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib.
Sonra Coğrafiya İnstitutunun (Cİ) elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bu müəssisənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan hesabatını təqdim edib. Qeyd edib ki, cari ildə Cİ-də “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının Sərəncamının icrası, eləcə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı tədqiqatlar aparılıb.
M.Həsənov tədqiqatlar nəticəsində son 150 il ərzində Kür dağarası çökəkliyində yarımsəhraların, eləcə də quru və kserofit kolluq bozqırların sahəsinin artmasının, arid və tuqay meşələrinin isə azalmasının müəyyənləşdirildiyini bildirib. Bundan əlavə, Lənkəran təbii vilayətinin su ehtiyatlarının müasir vəziyyətinin də araşdırıldığını diqqətə çatdırıb. O, su ehtiyatlarının 5 faiz azalaraq 1,43 kubmetr həcminə düşdüyünü söyləyib. Alim bunun sözügedən ərazidə 1991-2015-ci illərin quraq keçməsi və çaylardan suyun kanallar vasitəsilə hidrometeoroloji məntəqələrdən artıqlaması ilə götürülməsindən qaynaqlandığını deyib.
M.Həsənov, eyni zamanda, son onilliklərdə atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində bəzi dəyişikliklərin baş verdiyini, Böyük Qafqazın cənub yamacının qərb hissəsində yağıntıların ümumi miqdarının artdığını, sutkalıq miqdarının çox olan günlərinin sayının isə azaldığını diqqətə çatdırıb: "Təhlillər göstərdi ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri, konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, həmçinin hava kütlələrinin müdaxiləsinin istiqaməti ilə bağlıdır".
Coğrafiya İnstitutu tərəfindən ilk dəfə dalğalı dəniz səthində Günəş parıltılarının ani təsvirindən səthin ani relyefini təyin etməyə imkan verən riyazi metodun işləndiyini deyən M.Həsənov simulyasiya və eksperimentlə metodun korrektliyinin isbatlandığını bildirib.
Alim, o cümlədən respublikanın kənd təsərrüfatında əldə olunan gəlirin 46 faizinin bitkiçilik, 54 faizinin heyvandarlığın payına düşdüyünü, taxıl istehsalının isə 2005-ci ilə nisbətən 44 faiz artdığını deyib.
Ölkədə əhalinin orta ömür müddətinə də toxunan M.Həsənov bu göstəricinin 1995-ci ildə 69,1 il olduğunu, 2015-ci ildən sonra 75,4 ilə, o cümlədən qadınlar arasında 77,8 ilə, kişilər arasında 73,1 ilə yüksəldiyini diqqətə çatdırıb. O, hesabat ilində müəssisədə görülən işlərin 3 kitab, 10 monoqrafiya, 1 jurnal və dərs vəsaiti, 3 dərslik, 2 metodiki vəsaitdə, eləcədə 120 məqalədə (4-ü impakt faktorlu olmaqla, 39-u xaricdə nəşr olunub) əksini tapdığını söyləyib.
Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az