Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub Azərbaycan Texnologiya Universitetində (UTECA) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ilinin gəlişi münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Azərbaycan xalqı 26-cı ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir. Bu tarix milli birliyin yaradılmasının başlanqıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar illərdir ki bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə döndü.
Tədbirdə başa çatmaqda olan il ərzində fərqlənən UTECA tələbələri və əməkdaşlarına, eləcə də bəzi struktur bölmələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Sonda universitetin bədii yaradıcılıq kollektivlərinin üzvü olan tələbələr musiqi nömrələri ilə çıxış ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Oxşar xəbərlər