Səudiyyə Ərəbistan naziri Peterburq forumunda iştirak etmək üçün dəvət edilib

Səudiyyə Ərəbistan naziri Peterburq forumunda iştirak etmək üçün dəvət edilib Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün dəvət edilib.

Tehsil-press.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Rusiya-Qətər hökumətlərarası komissiyasında iştirak etmək üçün Dohaya gələn Novak bildirib: "Səudiyyə Ərəbistanının energetika naziri Peterburq iqtisadi forumunda iştirak etmək üçün dəvət olunub". Peterburq beynəlxalq iqtisadi forumu 2017-ci ilin iyunun 1-3-də Sankt-Peterburqda keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər