Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.
İclasda şuranın sədri Eldar Quliyev veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimləndiyini deyib. Diqqətə çatdırıb ki, 2019-cu ildə AMEA BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış tədbirlər planı icra olunacaq. Cari ildə 37 aztəminatlı veterana birdəfəlik müavinət ödəniləcək, 37 veteran tibbi sanatoriyalara göndəriləcək və digər tədbirlər həyata keçiriləcək.
İclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin, Şamaxı Astrofizika Rəsədxanasının, Neft-Kimya Prosesləri və Polimer Materialları institutlarının veteranlar şuralarının sədrləri təkliflərlə çıxış ediblər.
Tehsil-press.az