Fiziologiya İnstitutunun əməkdaşları “Horizon-2020” proqramına müraciət qaydaları barədə məlumatlandırılıb

Fiziologiya İnstitutunun əməkdaşları “Horizon-2020” proqramına müraciət qaydaları barədə məlumatlandırılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib.
Seminarda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova proqrama müraciət qaydaları barədə məlumat verib.
Sonra “Horizon-2020”nin milli əlaqələndiriciləri Fərid Seyfullayev və Zaur Həsənov proqramın strukturu, hüquqi aspektləri, tədqiqatçıların qeydiyyatdan keçməsi, layihələrin yazılması, göndərilməsi və qiymətləndirilməsi haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər