Hikmət Hacıyev: Həmsədrlərin regiona səfəri zamanı Azərbaycanın mövqeyi bir daha onların nəzərinə çatdırılıb

Hikmət Hacıyev: Həmsədrlərin regiona səfəri zamanı Azərbaycanın mövqeyi bir daha onların nəzərinə çatdırılıb ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, münaqişənin həlli prosesinə nəzər yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir:
"Bu danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və həmsədr ölkələr daha aktiv səylər göstərərək Ermənistanın danışıqlar prosesində daha konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir və bu konstruktiv mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir".

Tehsil-press.az

Oxşar xəbərlər