Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Latviya ictimaiyyətinin üzvləri – elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun üzvləri, yerli KİV təmsilçiləri, Latviya, Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Rusiya, Baltik və digər ölkələrdən olan tələbələr iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə ilk öncə “Xocalıya Ədalət” sənədli filmi nümayiş etdirilib. Çoxsaylı video və foto materiallar əsasında çəkilən filmdə erməni silahlı qüvvələri tərəfindən Xocalıda insanlıq əleyhinə törədilmiş hərbi cinayətlərdən geniş bəhs edilib.
Filmin ardınca çıxış edən səfir C.Axundov xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktının Ermənistan Respublikasının etnik təmizləmə siyasətinə xidmət etdiyini söyləmişdir. Xocalı soyqırımının erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik etnik təmizləmə və soyqrım siyasətinin davamı olduğunu qeyd edən səfir, faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə etmişdir. Bir xalqın milli mənsubiyyətinə görə yer üzündən silinməsinin soyqırımı aktı olduğuna əsas verdiyini qeyd edən səfir, Xocalı soyqırımının təkcə Azərbaycan xalqı deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu söyləmişdir.
Həmçinin Xocalı soyqırımım beynəlxalq səviyyədə tanınması prosesindən geniş bəhs edən səfir, hazırda təməli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən qoyulmuş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini və indiyədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını tanıyan və bu faciəni qınayan bəyanatların qəbul edildiyini söyləmişdir.
Həmçinin 2015-ci ilin 26 fevral tarixində Latviya Seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyini xatırladan səfir, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bu bəyanatda faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını söyləyərək, nümayiş etdirilən həmrəyliyə görə Latviya xalqına öz dərin təşəkkürünü ifadə etmişdir. Bir gün Xocalı faciəsinin bütün dünyada soyqırımı aktı kimi tanınacağına inandığını bildirən səfir, həmvətnlilərimizi “Xocalıya ədalət” beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə və bu faciəni daim xatirələrdə yaşadaraq gələcək nəsillərə ötürməyə çağırmışdır. Dünən Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə böyük matəm mitinqinin keçirildiyini və bu gün Latviyada azərbaycanlı tələbələrin iştirakı ilə anım yürüşün olduğunu qeyd edən səfir, bu qanlı faciənin təbliği, xatirələrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır.
Sonra çıxış üçün söz tanınmış latviyalı ictimai xadim və yazıçı Yanis Udrisə verilmişdir.
Çıxışı zamanı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edən Y.Udris, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Ölkəmizdə baş vermiş Xocalı soyqırımı, 20 Yanvar faciəsi və digər bu kimi hadisələrin xatirələrdə dərin izlər buraxdığını qeyd edən yazıçı, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin onun xalqına böyük qurbanlar bahasına başa gəldiyini söyləmişdir. Bu cür faciələrlə üzləşən bir xalqın qısa zamanda böyük siyasi və sosial-iqtisadi inkişaf yolu keçməsinə heyran qaldığını qeyd edən yazıçı, bütün bu nailiyyətlərin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin əvəzsiz olduğunu söyləmişdir.
Tarixi perspektivdə Xocalı soyqırımının beynəlxalq ictimaiyyət və bütün insanlıq üçün bir dərs olduğunu qeyd edən Y.Udris, bu hadisənin beynəlxalq təhlil və qınağa layiq olduğunu diqqətə çatdırmışdır. Həmçinin çıxışı zamanı Xocalı soyqırımı ilə faşist Almaniyası tərəfindən yəhudi millətinə qarşı törədilən soyqırımı və bu qəbildən dünyada baş verən digər soyqırımı aktları arasında paralellər gətirən yazıçı, belə hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün dünya ictimaiyyətini diqqətli olmağa çağırmışdır. Hələ 1937-ci ildə Latviya ərazisindən kənarda - Sovet imperiyasının ərazisində yaşayan latış xalqına qarşı da “burjua Latviyasının cəsuslarına qarşı mübarizə” şüarı altında kütləvi qırğınların törədildiyini qeyd edən yazıçı, belə qırğınların alman, polyak və digər xalqların nümayəndələrinə qarşı da törədildiyini diqqətə çatdırmışdır.
Sonra Azərbaycan mədəniyyət-informasiya mərkəzi – “Azərbaycan Guşəsi”nin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili” kurslarının latviyalı tələbələrinin ifasında Xocalı soyqırımına həsr edilən ədəbi kompozisiyalar səsləndirilmişdir. Azərbaycan, latış, rus və ingilis dillərində və həzin musiqi sədaları altında edilən çıxışlarda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilmişdir.
Tədbirdə həmçinin Xocalı soyqırımından bəhs edən müxtəlif kitab və broşürlər sərgilənmiş, soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir. Həmçinin tədbirdə Səfirlik tərəfindən dəvət edilmiş azərbaycanlı opera sənətçisi və aktyor Tərlan Şahbazinin ifasında tədbirin ruhuna uyğun milli musiqi nümunələri səsləndirilmişdir.
Qeyd etməliyik ki, həmin gün tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Latviya azərbaycanlı icması və tələbələrin iştirakı ilə izdihamlı matəm-anım yürüşü keçirilmişdir.
Təxminən 100-ə qədər insanın cəlb edildiyi yürüşdə “Xocalıya Ədalət” şüarları yazılan plakatlar, habelə soyqırımı hadisəsini təsvir edən fotoşəkillər nümayiş etdirilmişdir. Yürüş zamanı ingilis dilində hazırlanmış “Xocalıya ədalət!” broşürlərı, həmçinin ingilis və latış dillərində “Xocalını Xatırla” kitabçaları paylanılmışdır. Yürüş iştirakçıları üzərində “Xocalıya Ədalət” sözləri yazılan köynəklər, şərflər və döş nişanlarından istifadə etmişlər. Riqa şəhərinin mərkəzi “Bastejkalna” parkından başlayan 1 saatlıq yürüş Latviya Azadlıq Abidəsinin önündə əklil qoyma mərasimi ilə sona çatmışdır. Sonda yürüş iştirakçıları Latviya Azadlıq Abidəsinin önündə “Xocalıya ədalət”, “Qarabağa azadlıq”, “işğala son” şüarları səsləndirmişlər.
Tehsil-press.az