BSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi açılıb

BSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi açılıb Bakı Slavyan Universitetində (BSU) ölkəşünaslar klubunun təşkilatçılığı ilə “8 mart - dünya mədəniyyəti tələbələrin gözündə” adlı sərgi açılıb.
Sərginin stendləri pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin yerləşdiyi mərtəbələrdə hazırlanıb. Tələbələrin əl işlərindən ibarət sərgidə slavyan xalqlarının və dünya ölkələrinin mədəniyyətlərinə aid nümunələr təqdim olunub. Martın 12-dək davam edəcək sərgidə müxtəlif ölkələrin geyimləri, tələbələr tərəfindən çəkilən qadın portretləri və tablolar yer alıb.
Ölkəşünaslar klubunun sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan sərgi BSU rəhbərliyi, müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib.
Bununla yanaşı, BSU-da klubun təşkilatçılığı ilə fləşmob keçirilib. Klubun üzvləri tərəfindən BSU-nun xanım əməkdaşlarına və tələbələrinə bayram münasibətilə əl işi olan açıqcalar paylanılıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi açılıbBSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi açılıb

Oxşar xəbərlər