Sumqayıt Dövlət Dram Teatrında şair - dramaturq Nizami Muradoğlunun "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilmişdir. "Zülmətdə nur" müəllifin mənzum dramının adıdır. Qeyd edək ki, ötən teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrında sözügedən dram əsasında eyniadlı tamaşa hazırlanıb tamaşaçıların ixtiyarına verilmişir. . Mənzum pyes Azərbaycan tarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyük dramaturq, Azərbaycanda romantizmin banisi Hüseyn Cavidin və ailəsinin başına gətirilən faciə, zamanın amansız repressiya maşınının törətdiyi qətliamlar mükəmməl şəkildə təsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlər də pyesdə yer alıb.
Təqdimat zamanı teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Nizami Muradoğlunun əsərinin tarixi həqiqətləri özündə ehtiva etmək baxımından sosial-siyasi əhəmiyyətini vurğuladı. "Zülmətdə nur" tamaşasının quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmov bildirdi ki, korifey sənətkar, nəhəng dramaturq haqqında pyes yazmaq da, onu tamaşaya hazırlamaq da məsuliyyətli işdir və nə yaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib. Daha sonra kitabın redaktoru Əhməd Qəşəmoğlu, yazıçı- ssenarist, kulturoloq Hafiz İmamnəzərli, professor Allahverdi Məmmədli, jurnalist Kamil Məhərrəmli, əməkdar artist İlahə Səfərova və başqaları müəllifi təbrik etdilər, ürək sözlərini söylədilər. Bütün çıxışların məğzində bir fikir dayanırdı : Milli məfkurəmizin formalaşmasında iz qoymuş istiqlal ruhlu şairlərimizin həyat və fəaliyyətinin müstəqil, qüdrətli Azərbaycanın gənclərinə aşılanması təqdirə layiq işdir. Tədbirdən sonra qonaqlar "Zülmətdə nur" tamaşasına baxdılar.

Teatrın mətbuat xidməti