Təlimlər davam edir

Təlimlər davam edir ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi, ”Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi“ ixtisaslarında təhsil alan I kurs tələbələri üçün “Sabit Orucov” tədris gəmisində dənizdə insan həyatının qorunması mövzusunda növbəti təlim keçirilib.
Təlimdə “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq” fənninin proqramına uyğun olaraq fərdi və kollektiv şəkildə gəmidə yanğın zamanı zəruri fəaliyyət, daimi sayıqlıq, yanğın və tüstünün aşkarlanması, yanğına qarşı avadanlıqlar və onların gəmidə yerləşdirilməsi, qəza evakuasiya yollarından istifadə tələbələrə əyani nümayiş etdirilib.
İki günlük təlim Akademiyanın “Dəniz naviqasiyası“ kafedrasının baş müəllimi İsmayıl Dünyamalıyevin də iştirakı ilə Ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyevin rəhbərliyi altında baş tutub.
Məşq prosesində “Sabit Orucov” gəmisinin heyəti də iştirak edib. Belə ki, yanğın əleyhinə profilaktika qrupunun nümayəndəsi Z. Əliyev, kapitanın böyük köməkçisi R.Şəfiyev, bosman R.Rzayev və kapitanın yanğın üzrə köməkçisi N.Agayev tələbələrə köməklik göstəriblər.
Növbəti həftələrdə “Sabit Orucov” gəmisində “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq“ fənninin proqramına uyğun ilk tibbi yardım üsullarına dair I kurs tələbələri üçün təlimlər keçiriləcək.

ADDA-nın Mətbuat Xidməti


Təlimlər davam edirTəlimlər davam edirTəlimlər davam edirTəlimlər davam edir

Oxşar xəbərlər